Cəlilabadda dəhşətli qəza: 4 ölü, 9 yaralı
10-11-2010, 10:20
Oxunub: 6 867
Yüksək sürətlə ötüşən iki “07” qarşıdan gələn avtomobillə toqquşub
Noyabrın 9-da saat 20 radələrində Cəlilabad rayonunda dəhşətli yol qəzası baş verib. Hadisə şahidlərinin “Bolgexeber”-ə verdiyi məlumata görə, Cəlilabad-Sərhədabad yolunda 3 ədəd “VAZ 2107” markalı avtomobil toqquşub. Hadisə nəticəsində 4 nəfər yerindəcə keçinib. 9 nəfər isə ağır xəsarətlərlə xəstəxanaya aparılıb.
Məlumatda o da bildirilir ki, “VAZ 2107”-lərən ikisi yüksək sürətlə ötüşürmüş. Bu zaman hər iki maşın qarşıdan gələn digər “VAZ 2107” ilə toqquşub.
Ölən və yaralananlar arasında uşaqlar və qadınlar da var.
Toqquşmanın gücündən maşınlar tamamilə yararsız vəziyyətə düşüb.
Qəza nəticəsində ağır xəsarət alan şəxslərdən ikisi - 1982-ci il təvəllüdlü Bayramova Gülər Sərdar qızı və 1968-ci il təvəllüdlü Rüstəmov Rasim Ərşad oğlu vəziyyətlərinin ağır olması səbəbindən Bakıya – Kliniki Tibbi Mərkəzə göndərilib. Cəlilabad Şəhər Mərkəzi Xəstəxanasından Lent.az-a verilən məlumata görə, hər iki yaralının vəziyyəti çox ağırdır. 1 nəfər isə Masallı Regional Tibbi Mərkəzə göndərilib.
Yaralılardan 6-sı Cəlilabad Şəhər Xəstəxanasında müalicə olunur. Onlardan 3-nün vəziyyəti ağırdır. 3 nəfər isə nisbətən yüngül xəsarətlər alıb.
Məlumatda o da bildirilir ki, avtomobillər toqquşandan sonra, akkumulyator partlayıb və maşınları alov bürüyüb. Həmçinin zərbənin gücündən qabaq oturacaqda əyləşən uşaq maşının ön şüşəsindən çıxıb və təxminən 50 metr uzağa düşüb. Körpə yerindəcə keçinib.
Araşdırmalar davam edir
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə