BolgeXeber.Com » Dünya » Müğənni iş adamını məhkəməyə verdi: 250 min təzminat

Müğənni iş adamını məhkəməyə verdi: 250 min təzminat

12-04-2016, 09:23
Oxunub: 2 675 Müğənni iş adamını məhkəməyə verdi: 250 min təzminatMüğənni-jurnalist Ayşe Özyılmazel iş adamı Ali Ağaoğlunu məhkəməyə verib

Bolgexeber.com qafqazinfo.az-a istinadən xəbər verir ki, vəkili Altın Mimir vasitəsilə İstanbul Asliye Hüquq Məhkəməsinə müraciət edən Özyılmazel iddia ərizəsində 25 fevral tarixində "Türk seriallarının səbəb olduğu 10 şey" başlıqlı yazısının ardından Ağaoğlunun "mail" hesabından onun ünvanına ağır təhqirlər yazıldığını iddia edib.

Vəkil iş adamının "əxlaqsız, iffətsiz" mənasında sözlərdən istifadə edərək təhqirə yol verdiyini açıqlayıb.

Jurnalist Ali Ağaoğlundan 250 min türk lirəsi dəyərində təzminat tələb edib.