BolgeXeber.Com » Bölgə » Xaçmazda taxıl sahəsi yanır

Xaçmazda taxıl sahəsi yanır

8-07-2010, 18:45
Oxunub: 7 575
Yanğın 3-4 ha ərazini əhatə edir

Xaçmaz rayonunda taxıl sahəsi yanır. Hadisə rayonun Qıraqlı kəndində baş verib. Yanğın hazırda da davam edir. «Bolgexeber»in bölgə müxbirinin verdiyi məlumata görə, yanğın 3-4 ha biçilmiş taxıl zəmisini əhatə edir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölməsinin Quba və Xaçmazda yerləşən hissələrinin yanğın söndürən maşınları cəlb olunub.

Hazırda yanğınsöndürənlər yanğının qarşısını almağa çalışır.