BolgeXeber.Com » İdman » Krkiç hansı klubun hədəfindədir?

Krkiç hansı klubun hədəfindədir?

10-11-2010, 10:30
Oxunub: 6 436 "Mançester Yunayted" "Barselona"nın 20-yaşlı forvardına göz dikib

"Mançester Yunayted" "Barselona"nın 20-yaşlı forvardı Boyan Krkiçə göz dikib. İngiltərə mətbuatı xəbər verir ki, "mankunyanlar"ın baş məşqçisi Aleks Ferqyusson Krkiçi istəyir.

Məlumata görə, serb əsilli ispaniyalı futbolçuya görə "qırmızı şeytanlar" 15 milyon funt sterlinq ödəməyə hazırdır. Xatırladaq ki, Krkiçin "Barca" ilə müqaviləsi 2012-ci ilin yayına qədər nəzərdə tutulub.