BolgeXeber.Com » Siyasət » "Mən nə sünniyəm, nə də şiə" - Ərdoğan (Video)

"Mən nə sünniyəm, nə də şiə" - Ərdoğan (Video)

14-04-2016, 19:44
Oxunub: 3 627 "Mən nə sünniyəm, nə də şiə" - Ərdoğan (Video)“İslam aləmində baş verən böhranlara başqa güclərin müdaxiləsini gözləmək əvəzinə, bu problemləri özümüz həll etməliyik. Onlar müdaxilə edəndə neft üçün müdaxilə edirlər”

AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının 13-cü zirvə toplantısında çıxışı zamanı deyib. Onun sözlərinə görə, İƏT ölkələri arasında terrora qarşı əməkdaşlıq möhkəmləndirməlidir.

“Qərb ölkələri tərəfindən terror hadisələrinə ikili yanaşma var. Avropada Brüsseldəki terrordan danışır, ancaq Ankara, İstanbul, Lahordakı terrorlardan söz açmırlar. Bu, ikili yanaşmadır. Buradan beynəlxalq ictimaiyyəti terrorçu qruplaşamalara yanaşmanı dəyişməyə, onlara maddi və silah yardımını dayanadırmağa çağrıram. Öz dövlətlərində haqsızlığa uğrayan müsəlmanlar Qərb dövlətlərinə getməyə başlayır. Oralarda isə islamofobiya ilə üzləşirlər. Bu ikili yanaşma bizi üzür. Terror təşkilatlarının hamısına qarşı eyni formada mübarizə aparmaq lazımdır. Buradan bir daha dünya ictimaiyyətini terror təşkilatlarına münasibətlərini gözdən keçirməyə çağırıram”.

Ərdoğan İslam dininə qarşı təbliğat aparıldığını deyib: “İslam sülh və barış dinidir. İxtilafları deyil, bağlılıqları gücləndirməlidiyik. Çünki yaşanan toqquşmalardan zərər görən sadəcə, müsəlmanlardır, İslam ölkələridir.

Mən nə sünniyəm, nə də şiə. İslam dünyası üçün ən böyük fitnə məzhəbçilikdir. Allah ədaləti, doğruluğu, barışı buyurur, kirli və çirkiin işləri qadağan edir. Bizlər müsəlman və islam ölkələri olaraq, sıxıntıya məruz qalanlara yardım etməli, bölücü deyil, birləşdirici olmalıyıq. Düşmənçiliklərdən uzaq olmalıyıq, çünki bütün münaqişələrdən ən çox zərər görən İslam ölkələridir”.

R. T. Ərdoğan bildirib ki, hazırda İŞİD, "Boko Haram", "əş Şahab" qruplaşmalarının İraq, Suriya, Liviya, Afrika və dünyanın digər ərazilərində törətdiyi terror aktlarından ən çox müsəlmanlar əziyyət çəkir.