loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Avrasiya Universiteti bağlanır?

Nazim Hüseynlinin rektorluq etdiyi universitet bağlanmaq təhlükəsi ilə üz-üzə qalıb

Bəzi özəl Universitetlərin sonu çatıb. Bu barədə Bolgexeber.com-a danışan dövlət rəsmisi artıq Avrasiya Universiteti ilə bağlı siyasi qərarın verildiyi təsdiqlənib. Hətda bu barədə bəzi iqtidara yaxın mətbuat orqanlarındada məlumat dərc olunub. Bundan əlavə olaraq Avrasiya Universitetində magistratura pilləsinə qəbulun dayandırılması bu istiqamətdə ilk ciddi addım sayıla bilər”. Etibarlı mənbə onu da vurğulayıb ki, bütün vasitələrdən istifadə etməklə valideyinlərə çatdırmaq lazımdır ki, bu barədə xəbərdar olsunlar.
Məsələn, ötən günlərdə qaynar.info saytında belə bir məlumatın dərc olunması bizə verilən məlumatın dəqiqliyindən xəbər verir. Sayt yazır ki, əslində Bakı Avrasiya Universitetinin bağlanmasına hazırlıq çoxdan gedir. Çünki bu ali təhsil ocağının adı korrupsiyaya bulaşmış universitetlər sırasında ilk pillələrdə gəlir: “Təsadüfi deyil ki, Təhsil Nazirliyinin “Qaynar xətt”inə daxil olan şikayətlərin əksəriyyəti məhz bu universitetin payına düşür. Bu nazirlik tərəfindən açıqlanan rəsmi məlumatlarda da öz əksini tapıb.

Daha sonra sayt yazır ki, bundan başqa BAU-da təhsilin səviyyəsinin aşağı olması da universitetə abituriyent marağını da kəskin şəkildə azaldıb və hər il bu təhsil müəssisəsində bir xeyli tələbə yeri boş qalır. Bütün bunlar müvafiq orqanların Avrasiya Universitetinin taleyi haqqında qəti qərar verməsini zəruri edib.

İndi vəziyyət o yerə çatıb ki, uzun illərdir BAU-nun rektoru Nazim Hüseynlini himayə edən Milli Məclisin adını çəkmək istəmədiyimiz nüfuzlu deputatı da onu xilas edə bilmir”.

Qeyd edək ki, Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynlinin adı dəfələrlə ayrı-ayrı mətbu orqanlarda müxalifətə külli miqdarda maddi yardım etməkdə hallanıb.

P.S. Qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.

Bölmə: Siyasət | 05 iyun 2012 13:00 | Baxış sayı: 8479





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: