BolgeXeber.Com » İdman » "QƏLƏT ELƏYİR, BAŞLARINI DAŞA DÖYÜRLƏR"

"QƏLƏT ELƏYİR, BAŞLARINI DAŞA DÖYÜRLƏR"

10-11-2010, 10:45
Oxunub: 6 169
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) bu gün açıqladığı Avropanın ən yaxşı çempionatlarının siyahısına münasibət bildirib.

Siyahıda Unibank Premyer Liqası qitənin ən zəif çempionatları sırasında göstərilib. Reytinqdə 48 ölkə arasında 44-cü yeri tutan Premyer Liqamız bu siyahıda yalnız Uels, Qazaxıstan, Malta və Lüksemburq kimi ölkələri qabaqlayıb.

R.Musayev İFFHS-in bu siyahına hansı amillərə görə hazırladığını başa düşmədiyini söyləyib: "Qələt eləyir, başlarını daşa döyürlər ki, belə reytinq hazırlayıblar. çempionatımızın günbəgün irəli getdiyini hamı görür. Premyer Liqamız hazırda Avropada 29-cudur və getdikcə də irəliləyəcək. Yəqin, həmin o federasiyada ermənilər çalışırlar ki, reytinqimizi məqsədli şəkildə bu qədər aşağı düşürüblər".