BolgeXeber.Com » Bölgə » Cəlilabad rayonunun Ağdaş kəndinə təbii qaz verildi - FOTO

Cəlilabad rayonunun Ağdaş kəndinə təbii qaz verildi - FOTO

19-04-2016, 14:53
Oxunub: 5 269 Cəlilabad rayonunun Ağdaş kəndinə təbii qaz verildi - FOTODövlət başçısının tapşırığına əsasən Cəlilabad rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması davam edir

19 aprel 2016-cı il tarixdə rayonun 2500-dən çox əhalisi olan Ağdaş kəndinə də mavi yanacaq verilib.456 abonenti olan kənddə 33652 metr uzunluğunda müxtəlif diametrli metal borularla qaz xətləri çəkilib.456 sayğac və fərdi tənzimləyici quraşdırılıb.RİH başçısı Əziz Əzizov aprelin 2-dən 5-dək rəşadətli Milli Ordumuzun düşmən təxribatının qarşısını alarkən göstərdiyi qəhrəmanlıqlar barədə geniş məlumat vermiş, ölkəmizin hər yerində olduğu kimi, Cəlilabadda da cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində qazanılan qələbədən doğan ruh yüksəkliyini, xüsusilə gənclərin vətənpərvərlik ruhunun geniş vüsət almasını diqqətə çatdırmışdır.

Bolgexeber.com xəbər verir ki, açılış mərasimində dövlətin regionlara qayğısı və bu istiqamətdə görülən işləri diqqətə çatdıran rayon icra hakimiyyəti başçısı Əziz Əzizov qeyd edib ki,son bir ildə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən rayonun 44 kəndi təbii qazla təmin olunub.Əziz Əzizov hazırda respublikamızda Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra edilməsindən, yeni-yeni sosial layihələrin həyata keçirilməsindən söz açdı,Cəlilabadda yaşayış məntəqələrinin sürətlə qazlaşdırıldığını tədbir iştirakçılarının diqqətinə çatdırdı,kənd sakinlərini təbrik etdi, təbii yanacağın hər bir mənzilə sevinc, xoşbəxtlik və xeyir-bərəkət gətirməsini arzuladı.Çıxış edən sakinlər bayram ərəfəsində kənddə təbii qazın verilməsinin bayram hədiyyəsi olduğunu söyləyib və göstərilən qayğıya görə prezident İlham Əliyevə minnətdarlıq edib.Sonda RİH başçısı Əziz Əzizov rəmzi məşəli alovlandırdı və mavi yanacağın evlərə verilməsinə baxış oldu.
Cəlilabad rayonunun Ağdaş kəndinə təbii qaz verildi - FOTO