BolgeXeber.Com » Gündəm » Göyçayda 8 ailə mal tövləsindən də pis şəraitdə yaşayır-VİDEO

Göyçayda 8 ailə mal tövləsindən də pis şəraitdə yaşayır-VİDEO

20-04-2016, 13:24
Oxunub: 3 146 Göyçayda 8 ailə mal tövləsindən də pis şəraitdə yaşayır-VİDEOSakinlər deyirlər ki, özlərinin maddi imkanları yoxdur ki, binanı təmir etdirsinlər

Göyçay rayon, S.Vurğun küçəsi, bina 61-də 8 ailənin 38 nəfər üzvü cəmi 120 kv.m sahəsi olan evdə dəhşətli dərəcədə acınacaqlı şəraitdə, qəzalı vəziyyətdə yaşayırlar.
“Yaşadığımız bina Mənzil İstismar Sahəsinə məxsusdur. Mənzillər tam yararsız, uçuq-sökükdür. Mənzillərin tavanı uşub, binanın hasarı da uçmaq üzrədir. Azyaşlı uşaqların həyatından qorxuruq ki, başlarına daş-kəsək düşə bilər”.
Sakinlər deyirlər ki, özlərinin maddi imkanları yoxdur ki, binanı təmir etdirsinlər. Buna görə də onlar Rayon İcra Hakimiyyəti başçısının qəbulunda dəfələrlə olublar ancaq heç bir tədbir görülməyib. İcra başçısından əllərini üzən ailələr bu dəfə deputat Elman Nəsirova müraciət etdilər ki,bəlkə dərdlərinə dərman tapa bildilər.