BolgeXeber.Com » Dünya » Ermənistanda vəziyyət “rusca”dır

Ermənistanda vəziyyət “rusca”dır

10-11-2010, 10:50
Oxunub: 6 314
Bu dəqiqələrdə İrəvanın mərkəzində Matenadaran meydanında Erməni Milli Konqresinin növbəti mitinqi keçirilir.

Erməni kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan və onun məsləkdaşları hazırda trubinada Avropa Şurasının Ermənistanda insan haqları mövzusunda seminar keçirməsinə etiraz edir. Aksiyanın yürüşlə başa çatacağı gözlənilir.

Xatırladaq ki, bu gün Ermənistan müxalifəti paytaxt İrəvanda siyasi məhbusların azad olunması tələbi ilə bir neçə aksiya keçirib. Ermənistan Milli Konqresinin Gənclər Təşkilatı Avropa Şurasının bu ölkədə insan haqları mövzusunda seminar keçirdiyi binanın yaxınlığında ilk mitinq təşkil edib.

Mitinq iştirakçıları “Avropa Ermənistan haqqında həqiqətləri de”, “Ermənistandakı siyasi məhbuslar Avropa üçün utancvericidir”, “Avropa diktaturanı dəstəkləmə!” kimi şuarlar səsləndirib.