BolgeXeber.Com » Sosial » Baş Prokurorluq elmi-praktiki konfrans keçirib

Baş Prokurorluq elmi-praktiki konfrans keçirib

7-06-2012, 12:40
Oxunub: 4 420
Baş Prokurorluqda Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsinin hüquqi əsasları mövzusunda elmi-praktiki konfrans keçirilib

Baş Prokurorluğun Elm-Tədris Mərkəzində «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmin edilməsinin hüquqi əsasları» mövzusunda elmi-praktiki konfrans keçirilib. Baş Prokurprluğun mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, Azərbaycanda insan hüquq və azadlıqlarına xüsusi önəm verilir. Belə ki, prezidetn İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə hər il iyun ayının 18-i Azərbaycanda «İnsan Hüquqları Günü» kimi qeyd olunur.

Azərbaycan Respublikası Prokurorluğunda bu əlamətdar tarixlə əlaqədar insan hüquq və azadlıqlarına həsr olunmuş bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Belə tədbirlərdən biri də Baş Prokurorluğun Elm-Tədris Mərkəzində baş tutub.
«Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmin edilməsinin hüquqi əsasları» mövzusunda keçirilən elmi-praktiki konfransda çıxış edən Baş Prokurorluğun Huquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynov prokurorluq orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə qəbul edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının uğurla həyata keçirildiyini xüsusi vurğulayıb. O, insan hüquq və azadlıqlarına dair beynəlxalq aktlarda və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində nəzərdə tutulmuş norma və müddəalara istinad edərək insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi ilə bağlı bir sıra məsələlərə toxunub.

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Nazir Bayramov çıxış edərək respublikamızda insan hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı həyata keçirilən ardıcıl və sistemli tədbirlərin əhəmiyyətindən danışaraq, bu prosesin hazırda keyfiyyətcə yeni müstəviyə keçdiyini qeyd edib.

Tədbirdə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəis müavini Mircavan Kazımovun «Məhkəmələrdə dövlət ittihamının müdafiəsi zamanı insan hüquq və azadlıqlarının qorunması», Beynəlxalq əlaqələr idarəsinin rəis müavini Erkin Əlixanovun «Ekstradisiyanın həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması», Hüquqi təminat və informasiya idarəsinin böyük prokuroru Mahir Tağıyevin «Azərbaycan Respublikasının qanunvericilik sistemində insan hüquq və azadlıqlarının təminatlarının inkişafı» və həmin idarənin prokuroru Malik Səlimovun «İnsan hüquq və azadlıqlarının müdafiəsinin cinayət-hüquqi və cinayət-prosessual aspektləri» mövzusunda məruzələri dinlənilib. Mövzularla bağlı faydalı fikir mübadiləsi və müzakirələr aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb

Konfransda Baş Prokurorluğun idarə rəislərinin müavinləri, Bakı şəhər prokurorunun müavini və digər şəxslər iştirak edirdilər.