BolgeXeber.Com » Siyasət » "Bal deməklə ağız şirin olmur"- Ərdoğan Bakıdan səsləndi-VİDEO

"Bal deməklə ağız şirin olmur"- Ərdoğan Bakıdan səsləndi-VİDEO

26-04-2016, 13:07
Oxunub: 3 323  "Bal deməklə ağız şirin olmur"- Ərdoğan Bakıdan səsləndi-VİDEO"Bu gün Ege və Ağ dənizdən çıxarılan insanların sayı 100 minə çatıb. Onları ölümdən xilas edə bilmişik"

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumunun rəsmi açılış mərasimində deyib. Prezidentin sözlərinə görə, hazırda İraq və Suriyadan gələn miqrantların sayı 3 milyondur:

“Sağ olsun dostlar, gəlib bizə təşəkkür edirlər. Bizdə belə bir söz var: Bal-bal deməklə ağız dadlı olmur. Bal yeyəsən ki, ağız dadlı olsun. Hazırda miqrantlara xərclənən vəsaitin həcmi 10 milyard dolları ötüb. Bələdiyyələrin və müxtəlif qurumların xərclədiyi vəsaitlə ümumi xərcləri hesablasaq bu 15-20 milyard dollara çatır.

Hazırda düşərgələrdə yaşayan qaçqınların sayı 280 min nəfərdir. Şəhərlərdə yaşayanlarla birgə 3 milyon qaçqını qonaq qəbul etmişik”.

Ərdoğan əlavə edib ki, Suriyada, İraqda hələ də terror təhlükəsi var: “Görünür, biz dialoq mühitini dünyaya qəbul etdirə bilməmişik. XXI əsrdə bu təhdidlərə son verməliyik. Terrorun insanlara vurduğu zərər dözülməzdir. Açıq deyirəm ki, terrorla xeyli insan öldürülüb, mədəniyyət abidələri dağıdılıb. Ksenofobiyanın sürətlə yayıldığını görürük. Fərqli mədəniyyətlərə, dinlərə aid insanlar arasında uçurumun dərinləşməsi təhlükəlidir. Terrorun dini, milliyəti yoxdur.

Mənası barış olan bir din terrora yol verərmi? Əsla, yol verməz. Bizim etiqad etdiyimiz İslam dini terroru pisləyir. Necə ola bilər, ölən də “Allahu-Əkbər deyir, öldürən də? Burada, sadəcə, İslam dinindən istifadə edilir”.

O bildirib ki, irqçiliyə qarşı birgə mübarizə aparılmasa, terrora qalib gəlmək mümkün olmayacaq:


“Türkiyə 35 ildir, terrorla mübarizə aparır. Bu illər ərzində xeyli insan itirmişik. Terrora qarşı mübarizə aparırıqsa, səmimi olmalıyıq. Terrorçulara silah verənlər qınanmalıdır. 6 ildir, Suriyada insan öldürülür. Bunun qarşısı alınmalıdır”.


Azvision