BolgeXeber.Com » Bölgə » Şəhidlərin xatirəsinə voleybol üzrə xatirə turniri keçirildi-Bərdədə (FOTOLAR)

Şəhidlərin xatirəsinə voleybol üzrə xatirə turniri keçirildi-Bərdədə (FOTOLAR)

26-04-2016, 13:29
Oxunub: 4 322 Şəhidlərin xatirəsinə voleybol üzrə xatirə turniri keçirildi-Bərdədə (FOTOLAR) Vətənimizin azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi

25 aprel 2016-cı il tarixdə Bərdə şəhər Akademik Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseydə rayon Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş əsgərlərimizin xatirəsinə həsr olunan qızlardan ibarət məktəb komandaları arasında voleybol üzrə xatirə turniri keçirildi. Turnirdə 7 məktəb komandası (2 şəhər, 5 kənd) iştirak etmişdir. Vətənimizin azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Turniri giriş sözü ilə Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi A.Şahbazov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkə gənclərinin hərtərəfli inkişafına və xüsusilə idmana göstərilən diqqət və qayğıdan,ölkəmizin bir çox dünya səviyyəli yarışlara ev sahibliyi etməsindən, Azərbaycan və Bərdə idmançılarının son vaxtlar beynəlxalq səviyyəli yarışlarda əldə etdiyi nailiyyətlərdən danışaraq qeyd etdi ki,bu gün hər bir azərbaycan gənci daha vətənpərvər olmalıdır.Sonra o,yarış iştirakçılarına uğurlar arzuladı. Gərgin mübarizə şəraitində keçən yarışda daha güclü oyun nümayiş etdirən N.Malıyev adına Qaradırnaq kənd tam orta məktəbinin komandası I yeri,R.Hüseynov adına Gülgəzli kənd tam orta məktəbinin komandası II yeri,Q.Novruzov adına 2 saylı Hacallı kənd tam orta məktəbinin komandası isə III yeri tutmuşlar. Qalib komandalara Bərdə rayon Gənclər və İdman idarəsinin müvafiq dərəcəli diplomları və kubok təqdim olunmuşdur.
Bolgexeber.com