BolgeXeber.Com » Siyasət » Tatar lider Krımı güc yolu ilə azad etməyə çağırdı

Tatar lider Krımı güc yolu ilə azad etməyə çağırdı

26-04-2016, 15:23
Oxunub: 3 168 Tatar lider Krımı güc yolu ilə azad etməyə çağırdıKrım tatar Məclisinin lideri, Ali Radanın deputatı Refat Çubarov rəsmi Kiyevi Krımı güc yolu ilə azad etməyə çağırıb

Avropa.info xəbər verir ki, o, ölkəni hərbi donanmaya diqqəti artırmağa çağırıb. Tatar deputatın fikrincə, Ukrayna Bolqarıstan, Rumıniya, Gürcüstan və Türkiyə ilə Qara dəniz hövzəsində əməkdaşlıq etməlidir. Onun sözlərinə görə, bu ölkələr Ukrayna qədər özləri üçün təhlükə hiss edirlər.

“Düşünürəm ki, NATO daim Qara dənizdə iştirak etməlidir. Bu Rusiyanın arzuolunmaz hərkətlərinin qarşısını alacaq” – Çubarov belə deyib.