BolgeXeber.Com » Sosial » Bakıda şok cinayət

Bakıda şok cinayət

8-06-2012, 14:10
Oxunub: 4 149 Bakıda ər insanlığa sığmayan addım atıb.

Bolgexeber.com-un məlumatına görə, Xəzər rayonunda kişi öz arvadının üzərinə benzin tökərək od vurub. Dəhşətli hadisə iyunun 7-də Şüvəlan qəsəbəsi ərazisində törədilib.

Xəzər rayon Polis İdarəsindən verilən məlumata görə, Bakı şəhər sakini Ağahüseyn Dadaşov "VAZ-21015" markalı avtomobilində qeyri-rəsmi nikahda olduğu Lənkəran
rayon sakini İlhamə Xudayarovanı yandırıb. O, bezini qadının üzərinə tökərək od vurub. Ağır yanıq xəsarəti alan İ.Xudayarova xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

A.Dadaşov isə Xəzər rayon Polis İdarəsi əməkdaşları tərəfindən tutulub.