BolgeXeber.Com » Gündəm » Məmur ata-bala təşviş içində-GÖRƏVDƏN ALINIRLAR

Məmur ata-bala təşviş içində-GÖRƏVDƏN ALINIRLAR

28-04-2016, 18:20
Oxunub: 3 304 Məmur ata-bala təşviş içində-GÖRƏVDƏN ALINIRLARİlham Ağayev və Su Təsərrüfatı və Meloriasiya ASC-nin Viləşçay Su Anbarı İdarəsinin müdiri Ağabəy Ağayev tez bir zamanda öz görəvlərindən alınacaqlar

Cəlilabad rayonunun Göytəpə DYP Postunda inspektor kimi çalışan İlham Ağayevin özbaşınalıqları ilə bağlı zaman-zaman mətbuatda yazılar dərc olunur.Haqqında bu qədər yazılar yazılmasına,mediada göstərilməsinə baxmayaraq, “ağa yenə iş başındadır”.Bolgexeber.com-un email ünvanına göndərilən məlumatlarda bildirilir ki, sən demə İlham Ağayevin diplomu saxtaymış.Belə ki,o bu diploma Rusiyada qanunsuz yolla nail olub.
Digər bir məlumatda deyilir ki,İlham Ağayev restoranların qapısının ağzında keşik çəkir.Elə ki,toy bitdi onların oyunları başlayır.İlham Ağayev toydan çıxan və imkanı olan şəxsləri saxlayaraq onları 400 manat məbləğində cərimə edir.Əgər həmin şəxslər yol-hərəkət qaydalarını iki, yaxud da üç dəfə pozurlarsa bu zaman onların halı ümumiyyətlə ürək ağrıdan olur.Qaydalara görə həmin şəxslərə həbs cəzası verilməlidir, lakin İlham Ağayevə görə həmin həbs cəzasını 3000-5000 manat arası ödəməklə asanlıqla ləğv etmək olar.
Bizə verilən məlumatda qeyd olunur ki,artıq bu tənqidlər öz nəticəsini göstərməkdədir.Belə ki,İlham Ağayev və Su Təsərrüfatı və Meloriasiya ASC-nin Viləşçay Su Anbarı İdarəsinin müdiri olan atası Ağabəy Ağayev tez bir zamanda öz görəvlərindən alınacaqlar.Məhz buna görə ata-bala təşviş içindədirlər.Mövzunu davam etdirəcəyik!
Bolgexeber.com