BolgeXeber.Com » Xəbərlər » İlham Əliyev Ağsuya getdi

İlham Əliyev Ağsuya getdi

29-04-2016, 15:02
Oxunub: 2 502 İlham Əliyev Ağsuya getdiAzərbaycan prezidenti İlham Əliyevin Ağsu rayonuna səfəri başlayıb

Dövlət başçısı Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev məlumat verib ki, abidənin ucaldıldığı Heydər Əliyev Parkında geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb.

Sonra prezident İlham Əliyev Ağsu Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak edib.

Dövlət başçısına görülən işlər barədə məlumat verən səhiyyə naziri Oqtay Şirəliyev bildirib ki, 160 çarpayılıq Ağsu Rayon Mərkəzi Xəstəxanasının tikintisi 2012-ci ildə başlanıb və 2015-ci ilin sonunda başa çatdırılıb. Xəstəxana 3 hektardan çox ərazidə inşa olunub.

Sonra prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.