BolgeXeber.Com » Xəbərlər » “Kazino kralı” YAP-dan çıxarılacaqmı? – Video

“Kazino kralı” YAP-dan çıxarılacaqmı? – Video

29-04-2016, 15:34
Oxunub: 2 385 “Kazino kralı” YAP-dan çıxarılacaqmı? – VideoYeni Azərbaycan Partiyasının Səbayel rayon təşkilatı İdarə Heyətinin üzvü olmuş Arzuman Muradlının məsələsi müzakirə edilə bilər

Mediada “kazino kralı” kimi təqdim olunan A.Muradlının lotoxanaları, qumarxanaları idarə etməsi haqda yazılanlar hakim partiyanın nüfuzuna xələl gətirə bilər

Bu baxımdan partiyanın rayon təşkilatında onun üzvlük məsələsinin müzakirəsi istisna edilmir. Bu barədə sosial şəbəkələrdə də iddialar səslənib. Məsələ ilə bağlı YAP-ın Səbayel rayon təşkilatı ilə əlaqə saxlansa da, telefonu açan olmadı. Yaxın günlərdə partiyanın mövqeyini öyrənməyə cəhd edəcəyik.
A.Muradlının mətbuatda çıxışlarını, politoloq kimi verdiyi rəyləri, parlament seçkilərində iştirakını öyrənmək üçün internet resurslarında axtarış vermək kifayətdir. Məsələn, onun 2012-ci ildə Azərbaycan-NATO əlaqələri haqda ekspert kimi mövqeyi mətbuatda yer alıb. YAP fəalı 2005 və 2010-cu ildə keçirilən parlament seçkilərində deputatlığa namizəd olub.
Cumhuriyyet.net yazıb ki, A.Muradlının Bakının bir neçə ərazisində kazinoları fəaliyyətdədir. Sayt buna fakt olaraq ünvanları göstərib: “Onun Bakıda toplam 18 qumar oynanılan obyekti olduğu qeyd olunub. Onlardan 9-u lotoxana şəklində, 9-u isə kazino formasında fəaliyyət göstərir. Maraqlı məqam odur ki, Arzuman adlı həmin şəxs hər yaşına uyğun olaraq bir qumarxana açıb. Məsələn, 41, 42, 43, 49…
Qeyd edək ki, bu qumarxanaların mərkəzi 28 May küçəsində yerləşən «Bakı» restoranındadır. Elə Arzumanın özü də məhz həmin restoranda əyləşir və digər obyektlərini oradan idarə edir. Bu qumarxanalar şəhərin hər yerinə yayılmaqla, özünə yetərli qədər müştəri toplamağı da bacarıb. Məsələn, şəhərin mərkəzində, Fəvvarələr Meydanında fəaliyyət göstərən «Buta» restoranı da Arzumana məxsusdur. Və orada hər gecə qumar oynanıldığı xeyli adam tərəfindən təsdiqlənir. Arzumanın şərik olduğu şəxslər də var və onlarla ortaq şəkildə qumarxanalar işlədir.
Məsələn, 20 Yanvar metrosu ərazisində yerləşən «Real Klub» faktiki olaraq Sənan adlı şəxs tərəfindən işlədilir. Amma Sənan işin içində tək deyil, həmçinin onunla bərabər Arzuman və Süleyman adlı şəxslər də var. Onu da deyək ki, A.Muradlı YAP Səbail rayon təşkilatı İdarə Heyətinin üzvüdür.
O, 2010-cu ilin oktyabrında ı İTV efirində yayımlanan debatlarda iştirak edib. 20 saylı Nərimanov II seçki dairəsi üzrə namizədliyini verən A.Muradlı çıxışında seçicilərinin problemlərini bir kənara qoyaraq partiya fəaliyyətindən danışıb. Lakin o, bir müddət sonra Milli Məclisin üzvü Adil Əliyevin xeyrinə namizədliyini geri götürüb. Arxivdən əldə etdiyi görüntüləri təqdim edirik(vizual.az):