BolgeXeber.Com » Xəbərlər » Cəbhə bölgəsində: “Vətənin müdafiəsinə hazıram!”

Cəbhə bölgəsində: “Vətənin müdafiəsinə hazıram!”

30-04-2016, 10:44
Oxunub: 2 648 Cəbhə bölgəsində: “Vətənin müdafiəsinə hazıram!”Cəbhə bölgəsi olan Tərtər rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon icra hakimiyyəti ilə birlikdə "Vətənin müdafiəsinə hazıram!" mövzusunda tədbir keçirmişdir

Tədbirdə məqsəd Azərbaycan vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların AZƏRBAYCANIN müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsidir.
Yığıncaqda rayon icra hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin şəxsi heyəti, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoymuş, onun xatirəsini yad etmişlər.
Yığıncaq Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlamış, iştirakçılar əvvəlcə Qarabağ uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmişlər. Sonra tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov son günlər cəbhədə baş verən hadisələrdən və gənclərin yüksək səviyyədə vətənpərvərlik hissləri nümayiş etdirməsindən danışmış, Tərtərin düşmən üçün həmişə alınmaz qalaya çevrildiyini vurğulamışdır. Bildirmişdir ki, tərtərlilər uşaqdan böyüyə vətənin müdafiəsinə hazırdırlar, torpaqlarımızın işğaldan azad olunması üçün Ali Baş Komandanın əmrini gözləyirlər.
1992-94-cü illərdə Qarabağ uğrunda döyüşlərdə iştirak edən yüksək döyüş təcrübəsinə malik veteranlarımız döyüşə getmək istədiklərini bildirirlər. Döyüşlərdə yaralanan əsgərlər “yaramızı tez bağlayın, döyüşə dönək”,- deyirlər. Bax, budur vətənpərvərlik.
Döyüşə-döyüşə yollarımıza asfalt salırıq, abadlıq-tikinti işləri aparırıq. Bilirik ki, yeni saldığımız yol bizi Ağdərəyə, Kəlbəcərə, Xankəndinə aparıb çıxaracaq. Milli ordumuzun qarşısında məğlub olduğunu görən erməni təxribatçıları yaşayış məntəqələrimizi, mülki insanlarımızı hədəfə alırlar. Ordumuz düşmən təxribatlarına layiqli cavablar verirlər. Qələbə bizimdir. Ali Baş Komandan - ordu – xalq birliyi möhkəmdir. Düşmənə tək döyüşdə deyil, mənəvi cəhətdən də sarsıdıcı zərbələr vururuq.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov Azərbaycan ordusunun cəbhədə təxribat törətməyə cəhd edən düşmənə layiqli cavab verdiyini bildirmişdir. General-mayor qeyd etmişdir ki, cəbhədə düşmən təxribata cəhd edərkən xalqımız Azərbaycan Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşərək öz lideri ilə birgə olduğunu bütün dünyaya nümayiş etdirdi.
Sonra çıxış edən Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli Azərbaycan ordusunun cəbhədə düşmən təxribatına əks hücumla cavab verərək işğal olunmuş kənd və yüksəklikləri azad etməsindən, xarici ölkələrin bu məsələdə Azərbaycana tam dəstək verməsindən danışmışlar.
Tədbirdə şəhid ailələrinin, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də "Çağırışaqədərki hazırlıq" fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırılmışdır.
Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış etmiş, rayon mədəniyyət evinin hazırladığı “Vətənin müdafiəsinə hazıram!” adlı ədəbi-bədii kompozisiya göstərilmişdir.
Şəmistan Əlizamanlının ifa etdiyi “İgid əsgər, möhkəm dayan” mahnısı tərtərlilər tərəfindən böyük coşqu ilə qarşılanmışdır.
Bolgexeber.com
Cəbhə bölgəsində: “Vətənin müdafiəsinə hazıram!”
Cəbhə bölgəsində: “Vətənin müdafiəsinə hazıram!”
Cəbhə bölgəsində: “Vətənin müdafiəsinə hazıram!”
Cəbhə bölgəsində: “Vətənin müdafiəsinə hazıram!”
Cəbhə bölgəsində: “Vətənin müdafiəsinə hazıram!”
Cəbhə bölgəsində: “Vətənin müdafiəsinə hazıram!”
Cəbhə bölgəsində: “Vətənin müdafiəsinə hazıram!”
Cəbhə bölgəsində: “Vətənin müdafiəsinə hazıram!”
Cəbhə bölgəsində: “Vətənin müdafiəsinə hazıram!”
Cəbhə bölgəsində: “Vətənin müdafiəsinə hazıram!”
Cəbhə bölgəsində: “Vətənin müdafiəsinə hazıram!”