BolgeXeber.Com » Dünya » Şimali Koreya liderinin çirkin əyləncə dünyası — 13 yaşlı qız uşaqları ilə seks partiləri

Şimali Koreya liderinin çirkin əyləncə dünyası — 13 yaşlı qız uşaqları ilə seks partiləri

30-04-2016, 14:18
Oxunub: 6 295 Şimali Koreya liderinin çirkin əyləncə dünyası — 13 yaşlı qız uşaqları ilə seks partiləriXalqı səfalət içində yaşasa da özü lüks həyat tərzi keçirən Şimali Koreya diktatoru Kim Yonqun özünə "seks kölələri bölüyü" yaradaraq partilər təşkil etdirdiyi ortaya çıxıb

Ölkə.Az xəbər verir ki, İngiltərə mediasındakı xəbərə görə, Şimali Koreya lideri atası tərəfindən başladılan ənənəni yenidən "canlandırıb". "Kippumjo" olaraq adlanan seks kölələri bölüyü Şimali Koreya dövlət böyüklərinin "ehtiyaclarını" təmin edir. Həmin qruplara məktəblərdən 13 yaşlı qızların cəlb edildiyi iddialar arasında yer alır. Həmin iddialar Şimali Koreyadan qaçıb Cənubi Koreyaya sığınmış yüksək çinli vəzifəlilər tərəfindən irəli sürülüb.

"MƏKTƏBDƏN APARDILAR"

2010-cu ildə bir qadın da cənuba qaçdıqdan sonra "Marice Claire" jurnalına bu haqda danışmışdı:

"15 yaşında ikən məktəbdən bilmədiyim bir yerə aparıldım və məndən indiyədək kimləsə intim münasibətimin olub-olmadığını soruşdular".

Kim Yong-Un atasına 10 il xidmət edən xidmətçi qadın bir müddət öncə verdiyi açıqlamada isə Şimali Koreya liderinin ondan heç vaxt intim münasibət tələb etmədiyini bildirmişdi.

"VƏHŞİ SEKS PARTİLƏRİ" TƏŞKİL EDİRLƏR

Bir çox mənbələr müəmmalı ölkənin yüksək vəzifə sahiblərinin "vəhşi seks partiləri" təşkil etdiyindən bəhs edir.

Kim Yong-Un rəhbər olduğu 2011-ci ildə "Kippumjo" adlanan bölüyü dağıtdığı deyilirdi. Ancaq daha sonra Şimali Koreya lideri atasının ənənəsini yenidən "alovlandırıb". Seks kölələrinin Pyonqyonqda onlar üçün təsis edilmiş xüsusi bir oteldə yaşadığı və xüsusi seks kursları keçdikləri mənbə tərəfindən qeyd edilir.

Qeyd edək ki, Şimali Koreya diktatoru Kim Yonq-Un evlidir və bir övladı var.