BolgeXeber.Com » Gündəm » Sabirabadda növbəti dəfə bayrağa hörmətsizlik edildi-VİDEO

Sabirabadda növbəti dəfə bayrağa hörmətsizlik edildi-VİDEO

2-05-2016, 11:40
Oxunub: 6 754 Sabirabadda növbəti dəfə bayrağa hörmətsizlik edildi-VİDEOGöründüyü kimi külək əsdikcə bayrağın şırımı getdikcə dərinləşir

Sabirabad rayon mərkəzində, Heydər Əliyev prospektində yaradılan “Bayraq meydanı”nda dalğalanan Azərbaycan Bayrağı hündürlüyünə görə respublikada 3-cü yerdədir. Lakin dövlətin ən vacib atributu sayılan bayrağımıza burada lazımı hörmət qoyulmur.Belə ki,Sabirabad rayonunda səfərdə olan əməkdaşlarımız rayonun ən yüksək nöqtəsində qurulan meydanda dalğalanan üçrəngli bayrağı cırılmış vəziyyətdə görüblər.Göründüyü kimi külək əsdikcə bayrağın şırımı getdikcə dərinləşir.
BTV olaraq “Bayraq meydanı”nda parçalanmış halda dalğalanan Azərbaycan Bayrağının mövcud vəziyyəti ilə bağlı Sabirabad Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da zənglərimiz cavabsız qaldı.
Xatırladaq ki,bu Sabirabad rayonunda baş verən ilk belə hal deyil,rayonda cırılmış bayraq görmək artıq adı hal kimi qəbul olunur.Dəfələrlə bu nöqsanla bağlı Sabirabad rayon İcra hakimiyyətinə xəbərdarlıq edilməsinə baxmayaraq,vəziyyətdə hər hansı dəyişiklik gözə dəymir!
Bolgexeber.com