BolgeXeber.Com » İdman » "Qarabağ" 4 qat Azərbaycan çempionu oldu

"Qarabağ" 4 qat Azərbaycan çempionu oldu

2-05-2016, 10:53
Oxunub: 2 862 "Qarabağ" 4 qat Azərbaycan çempionu olduAzərbaycan Premyer Liqasının qalibi sona 4 tur qalmış müəyyənləşib

"Report"un məlumatına görə, bu, Ağdamın "Qarabağ" klubudur.
Baş məşqçi Qurban Qurbanovun komandası XXXII turda səfərdə ən yaxın izləyicisi "Zirə"ni 2:0 hesabı ilə məğlub edərək, xallarını 75-ə yüksəldib. Qolları 28-ci dəqiqədə Dani Kintana, 74-cü dəqiqədə isə Reynaldo vurub.Bu nəticədən sonra 60 xalla 2-ci pillədə qalan "Zirə" üçün qalan 4 turda 15 xallıq fərqi azaltmaq əlçatmaz olub.
Beləliklə, "Qarabağ" ardıcıl 3-cü mövsüm, tarixində isə 4-cü dəfə Azərbaycan çempionu adına layiq görülüb. Ağdam təmsilçisi bu uğuru sayəsində 2016-2017 mövsümündə Azərbaycanı Çempionlar Liqasında təmsil etmək hüququna yiyələnib.
Bolgexeber.com