BolgeXeber.Com » Gündəm » Qax rayon prokuroru II qrup əlili ölümlə hədələdi-VİDEO

Qax rayon prokuroru II qrup əlili ölümlə hədələdi-VİDEO

2-05-2016, 18:23
Oxunub: 11 845 Qax rayon prokuroru II qrup əlili ölümlə hədələdi-VİDEOQax rayon Qaxmuğal kənd sakini II qrup əlil İlqar Cəlilov haqqı olan pulu ala bilmir

Səbəb isə Qax rayon prokurorluğunun “burda mənəm Bağdadda kor xəlifə” deyərək at oynatmasıdır.Təffərrüatı ilə desək,2015-ci ilin mart ayında vətəndaş Cəlilovun evi Qax rayon Elektrik şəbəkəsində çalışan 3 şəxsin səhlənkarlığı ucbatından yanaraq,kül olub. BTV bildirir ki,əraziyə baxış keçirən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da fakti təsdiq edib.Bundan sonra həmin ilin sentyabrın 4-də İlqar Cəlilov Baş prokuror Zakir Qaralovun qəbuluna düşüb və onun müraciəti nəzarət altına alınıb.Şikayətçinin sözlərinə görə Baş prokurorluqdan Qax rayon prokurorluğuna tapşırılıb ki,tez bir zamanda vətəndaşa dəyən ziyan ödənilsin lakin Qax rayon prokuroru İslam Qasımov və prokurorun köməkçisi Nazim Bağırov “sən saydığını say,gör mən nə sayıram” deyərək vətəndaşın pulunu verməkdən imtina edib.Soruşanda ki, niyə belə?Bildiriblər ki, “burda qanunları biz yazırıq, get kimə istəyirsən müraciət et!”
İlqar Cəlilovun sözlərinə görə Qax rayon prokurorluğu bir az da irəli gedərək Btv-ni də təhqir etməkdən belə çəkinməyib.Hər halda o unudur ki,ölkəmizdə nahaq yerə medianı dördüncü hakimiyyət adlandırmırlar və Prezident İlham Əliyev Azərbaycanda xoşagəlməz halların mövcudluğu barədə mediada kifayət qədər dolğun məlumatların olduğunu və bunu alqışladığını dəfələrlə çıxışlarında vurğulayıb və bildirib ki,bu kimi araşdırmalar bizim ümumi işimizə dəstək verir.Lakin görünür Qax rayon prokuroru nədənsə narahatlıq keçirir.Əks halda bu cür təşvişə düşməzdi.
Məsələ ilə bağlı Qax rayon prokurorluğu ilə əlaqə saxlamağa çalışsaq da cəhdlərimiz boşa çıxdı.
Hər halda görünən odur ki, ortada bir vətəndaşın huquqları pozulub və bu vətəndaş xarici ölkənin yox,öz ölkəmizin vətəndaşıdır.Ona görə də ümid edirik ki,demək istədiklərimiz aidiyyata qurumlara aydın oldu.Mövzunu davam etdirəciyik!
Bolgexeber.com