BolgeXeber.Com » BÖLGƏ TV » Tərtərdə son vəziyyət necədir?-VİDEO

Tərtərdə son vəziyyət necədir?-VİDEO

5-05-2016, 13:53
Oxunub: 3 222 Tərtərdə son vəziyyət necədir?-VİDEOAprel ayının 2-dən cəbhə bölgəsində başlayan döyüşlərdən Azərbaycan ordusu alnıaçıq çıxdı

Düşmən təxribatlarının qarşısını uğurla alan ordumuz keçirdiyi bir neçə əməliyyatlarla işğal altında olan ərazilərimizdəki yüksəkliklərdə möhkəmləndi. Ordumuz təmas xəttinin əksər istiqamətlərində strateji əhəmiyyətli məntəqələrin geri qaytarılması üçün həyata keçirdiyi əməliyyatlarda düşmənin xeyli sayda canlı qüvvəsini və hərbi texnikasını məhv etdi.
Aprel ayının əvvəlindən başlanan bu mübarizə ayın sonunda yenidən canlandı.Düşmən tərəfindən atılan mərmilər Tərtər rayonun cəbhə bölgəsinə yaxın yerləşən kəndlərdə mülki vətəndaşların yaşadığı evlərə,həyətyanı ərazilərə düşdü.Nəticədə 2 yerli vətəndaş dünyasını dəyişdi,6 nəfər isə yaralandı.Lakin bütün bu baş verənlər təmas xəttinə yaxın ərazilərdə yaşayan sakinlər üçün heç bir qorxu yaratmayıb,əksinə onlar ordumuza,dövlətimizə güvəndikləri üçün öz doğma yurdlarını qoyub,heç bir yerə getmək fikrində deyillər.Cəbhədəki son olayları öz gözlərimizlə görmək,yerli sakinlərlə həmsöhbət olmaq üçün əməkdaşlarımız Tərtər rayonunun yollandılar.Sakinlər bölgə tv-yə bildirdilər ki, “biz uşaqdan-böyüyə hamımız bir nəfər kimi vətənimizin müdafiəsi üçün hər zaman hazırıq!”
Tərtər rayonun Şah qəsəbəsi də təmas xəttinə yaxın yerləşən ərazidir.Buna görə də davamlı olaraq Erməni silahlı birləşmələri qəsəbəni ağır artilleriyalarla atəşə tuturlar.Tərtər rayon icra hakimiyyətinin Şah qəsəbəsi üzrə ərazi nümayəndəsi Mübariz Cabbarov bildirdi ki: “Baş verən atışma nəticəsində qəsəbə təhlükə altına düşüb.”
Düşmən nə qədər çalışsa da daim bir yumruq kimi olan və torpağının bir qarışı üçün canını qurban verməyə hazır olan igidlərimizlə mübarizə apara bilməz.Çünki onlar dərk etməlidirlər ki,min illiklər,əsrlər boyu Azərbaycanı əsarət altında saxlamaq istəyənlər ölkəmizin belini bükə bilmədisə,daim kölə olmağı seçən və heç bir zaman bir millət olmağı bacarmayan Ermənistanı məhv etmək bizim üçün su içmək qədər asandır.Buna deməyə bizə gücümüz,qüvvətimiz və nər kimi igidlərimiz əsas verir!
Aytən Yaşar
Niyaməddin Buludlu
Ayət Şükürlü
BTV