BolgeXeber.Com » Xəbərlər » Cəlilabadda işgüzar forum keçirilib

Cəlilabadda işgüzar forum keçirilib

4-05-2016, 10:34
Oxunub: 2 603 Cəlilabadda işgüzar forum keçirilibXidmət rəisi Ramiz Quliyev və dövlət agentliyinin direktor müavini Rafiq Süleymanov çıxış edərək sistemin yaradılması və fəliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verdilər

Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi və əlavə tədbirlər barədə möhtərəm cənab Prezident İlham Əliyevin 7 mart 2016-cı il 818 saylı fərmanına uyğun olaraq rayonlarda maarifləndirmə işlərinin həyata keçirilməsinə başlanılmışdır. Fərmana əsasən Torpaqların elektron kadastrı uçotu sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi ilə bağlı ilk işgüzar forum Cəlilabad rayonunda keçirildi. Forumda rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov, Dövlət Əmlakının kadastrı və ünvan reyestri xidmətinin rəisi Ramiz Quliyev, Torpaqların dövlət idarəetməsinin təşkili üzrə dövlət agentliyinin direktor müavini Rafiq Süleymanov işitrak etdilər. Forumu giriş sözü ilə açan RİH başçısı Əziz Əzizov yaradılacaq bu sistemin yerli idarəetməədə və vətəndaşlara xidmət sahəsində daha əlverişli şəraitin formalaşmasına səbəb olacağını bildirdi. Xidmət rəisi Ramiz Quliyev və dövlət agentliyinin direktor müavini Rafiq Süleymanov çıxış edərək sistemin yaradılması və fəliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verdilər.
Bolgexeber.com
Cəlilabadda işgüzar forum keçirilib
Cəlilabadda işgüzar forum keçirilib