BolgeXeber.Com » Xəbərlər » Bakıda dəhşətli hadisə: hamilə qadın döyüldü, uşağı öldü

Bakıda dəhşətli hadisə: hamilə qadın döyüldü, uşağı öldü

4-05-2016, 11:45
Oxunub: 2 149 Bakıda dəhşətli hadisə: hamilə qadın döyüldü, uşağı öldüBakıda dəhşətli hadisə baş verib. Hamilə qadın döyülüb, körpəsi tələf olub

Musavat.com-un əldə etdiyi məlumata görə, hadisə Xətai rayonunda baş verib.

Rayonun Tağızadə küçəsində yaşayan 1994-cü il təvəllüdlü G.Z. polisə müraciət edərək bildirib ki, qayını tərəfindən döyülüb.

G.Z qeyd edib ki, evdə tək olduğu vaxt qaynı, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü E.Süleymanov mənzilə gələrək onu döyüb. 22 yaşlı qadın polisə bildirib ki, hadisə nəticəsində onun bir həftəlik hamiləliyi pozulub.

Şikayət əsasında E.Süleymanov saxlanılıb. Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.