BolgeXeber.Com » İdman » "Tour d’Azerbaidjan-2016" veloyürüşü başladı

"Tour d’Azerbaidjan-2016" veloyürüşü başladı

4-05-2016, 12:03
Oxunub: 3 260 "Tour d’Azerbaidjan-2016" veloyürüşü başladıBakıda “Tour d’Azerbaidjan-2016” beynəlxalq velosiped turuna start verilib

Velosiped turu 5 mərhələdən ibarətdir. "Tour d'Azerbaidjan-2016" beynəlxalq velosiped turu ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilib. Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil olunur.

Qeyd edək ki, “Tour d’Azerbaidjan-2016” yarışında 19 ölkədən 21 komanda iştirak edir. Onlardan 6-sı pro-kontinental, “Synergy Baku” da daxil olmaqla 14-ü kontinental, 1-i isə milli komandadır. İştirakçılar 1-ci mərhələdə Bakı - Sumqayıt (154 km), 2-ci mərhələdə Bakı - İsmayıllı (186,5 km), 3-cü mərhələdə Qəbələ - Şəki - Qəbələ (177,2 km), 4-cü mərhələdə Qəbələ - Pirqulu (115,3 km) və sonuncu mərhələdə Bakı - Abşeron - Bakı (158 km) marşrutu üzrə ümumilikdə 791 km məsafə qət edəcəklər.Dövlət Bayrağı Meydanından hərəkətə başlayan idmançılar Bakı-Sumqayıt marşrutu üzrə yollanıblar.

Ümumilikdə 154 km qət edəcək veloyürüşçülər Sumqayıt İcra Hakimiyyətinin binası qarşısında finiş xəttini keçəcəklər.