BolgeXeber.Com » Xəbərlər » AVP Ağcəbədi rayon təşkilatının konfransı keçirilmişdir

AVP Ağcəbədi rayon təşkilatının konfransı keçirilmişdir

4-05-2016, 12:52
Oxunub: 2 679 AVP Ağcəbədi rayon təşkilatının konfransı keçirilmişdirAna Vətən Partiyası Ağcəbədi rayon təşkilatının növbəti konfransı keçirilmişdir

Ilk olaraq Təşkilat Komitəsinin sədri Anar İsmayılov komitənin gördüyü işlər barədə hesabat vermişdir. Hesabat qənaətbəxş qiymətləndirilmişdir.
Sonra təşkilati məsələlərə baxılmış və rayon təşkilatının sədri, sədr müavini, rayon Qadınlar Şurasının və Gənclər Təşkilatının sədri, Rayon Məclisinin üzvləri, Rayon Şurası və Nəzarət Təftiş Komissiyasının üzvləri seçilmişdir.
İsmayılov Anar Asif oğlu AVP Ağcəbədi rayon təşkilatının sədri seçilmişdir.
Konfransın sonunda partiyaya yeni qoşulmuş anavətənçilərə üzvülük vəsiqələri təqdim edilmişdir.
Konfransda Təşkilat Şöbəsinin müdiri, Mərkəzi Şura üzvü Azər Quluzadə iştirak etmişdir.
Bolgexeber.com
AVP Ağcəbədi rayon təşkilatının konfransı keçirilmişdir