BolgeXeber.Com » Xəbərlər » 12 saylı Regional Maliyyə Hesablama Mərkəzinin yeni «pul qoparma» əməliyyatları

12 saylı Regional Maliyyə Hesablama Mərkəzinin yeni «pul qoparma» əməliyyatları

4-05-2016, 13:05
Oxunub: 3 144 12 saylı Regional Maliyyə Hesablama Mərkəzinin yeni «pul qoparma» əməliyyatlarıElxan müəllimin rəhbəri olduğu qurum rayonların təhsil ocaqlarına qənim kəsilib, maaşlar ongünlərlə yubadılır, orta məktəblərdə bəzi işçilərin əmək haqlarının verilməsi dayandırılıb

Hələ bir müddət əvvəldən Təhsil Şöbələrinin birləşdirilərək, onların bazasında Regional Təhsil İdarələrinin yaradılmasına dair müzakirələr yekunda fərmanla təsdiqləndi. Təhsil Nazirliyinin planına əsasən bu proses qısa müddətdə baş tutmalı və birləşmə prosesi tez zamanda yekunlaşmalıydı. Lakin gözlənilmədən birləşmə prosesi dayandı.
JAM.AZ xəbər verir ki, şöbələr birləşdirilməsə də, onların mühasibatlıq sistemləri birləşdirilib, Regional İdarə sisteminə keçdilər. Ekspertlər ilk başda bu birləşməyə qarşı olmasalar da, sonradan bu idarəetmə sisteminin də mənfi tendensiyalar üçün əsaslar yaradacağı qənaətinə gəlmişdilər. Xüsusən də mühasibatlıq sisteminin regionallaşdırılmasının əvvəlcə maliyyəyə nəzarəti asanlaşdıracağı qənaəti var idisə, sonradan aydınlaşdı ki, köhnə sistem daha əlverişli və etibarlıdır.
Səbəbini bilmək elə də çətin deyil. Regional Mühasibatlıq İdarələrinin səriştəsizliyi, habelə hesablamaların vaxtında aparılmaması yekun nəticədə müəllimlərin əmək haqlarının vaxtında verilməməsinə gətirib çıxarıb. Amma problem təkcə bundan ibarət deyil. Ortada daha eybəcər hallar var və vaxtında qarşısı alınmazsa, fəsadları daha çox olacaq.
Bildirək ki, bu birləşmələr nəticəsində 12 saylı Regional Maliyyə Hesablama Mərkəzi yaradılıb. Burada vəziyyətin bərbad olduğunu demək üçün kifayət qədər əsaslar var. Belə ki, bu mərkəzin tabeçiliyinə verilmiş Təhsil Şöbələrinin mühasibatlığı hər şeyə müdaxilə edir, maaş vaxtı on günlərlə əmək haqlarını yubadırlar. Hətta özlərindən yeni hoqqalar da çıxarıblar.
JAM.AZ-ın araşdırmaları zamanı bəlli olub ki, 12 saylı Regional Maliyyə Hesablama Mərkəzinin rəhbəri Elxan müəllim bir qədər də irəli gedərək, özündən yeni qaydalar tətbiq etməyə başlayıb. Belə ki, onun yeni qaydaları Beyləqan təhsilinə qənim kəsilib. Məsələn, onun tapşırığına əsasən məktəblərdə kabinet, daimi ocaq qalayan, dərnəklər dayandırılsın və onlara əmək haqqı verilməsin. Təbii ki, bu da ciddi narazılığa səbəb olmağa başlayıb.
Araşdırmalar nəticəsində məlum olub ki, Regional Mərkəzin rəhbərinin Beyləqan üzrə nümayəndəsi Sulduz Quliyev isə sözün həqiqi mənasında pusquda dayanıb. O, hər hansı bir məktəbdə müəllim işə 1 gün gəlmirsə, dərhal «atını çapır» həmin məktəbə və onun işdə olmadığına dair akt tərtib edərək, Əmək Məcəlləsinin 70 «C» bəndini tətbiq edərək, işdən çıxarılmasını tələb edir. Müəllimlər deyir ki, Quliyevin əsas məqsədi heç də nizam-intizam yaratmaq yox, məhz pul qazanmaqdır. Çünki belə hallarla üzləşmiş müəllimdən pul istənilir.
Qeyd edək ki, belə bibabırçılıqların sayı çoxdur və bununla bağlı araşdırmalarımız davam edir.
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com