BolgeXeber.Com » Gündəm » Ağsu İH başçısı sakinlərin müraciətlərinə məhəl qoymur-VİDEO

Ağsu İH başçısı sakinlərin müraciətlərinə məhəl qoymur-VİDEO

14-05-2016, 13:13
Oxunub: 2 265 Ağsu İH başçısı sakinlərin müraciətlərinə məhəl qoymur-VİDEORaminin sözlərinə görə atası könüllü Qarabağ iştirakçısı olub anası yataq xəstəsi,qardaşı isə əlildir

Ağsu rayon Çaparlı kənd sakini Ramin Kərimovun evi gölməçəyə çevrilib.Belə ki, 2015-ci ilin mart ayında yağış sularının evə yığılması nəticəsində Raminin və onun kimi bir neçə ailənin evi yararsız vəziyyətə düşüb.Ramin Bolgexeber.com-a bildirdi ki,Ağsu rayon İcra Hakimiyyətinə və digər aidiyyatı qurumlara müraciət edib, hətta Ənvər Seyidəliyevin qəbulunda belə olub.Lakin hər dəfə onu müxtəlif bəhanələrlə yola salıblar. Raminin sözlərinə görə atası könüllü Qarabağ iştirakçısı olub anası yataq xəstəsi,qardaşı isə əlildir.Özünün isə evi təmir etdirmək üçün imkanı yoxdur.
Məsələyə aydınlıq gətirmək üçün Ağsu rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş üzrə şöbənin müdiri Cahangir Məhərrəmov ilə əlaqə saxladıq.O bildirdi ki,: “biz tez bir zamanda bu məsələ ilə maraqlanacağıq.”
Qeyd edək ki,bu Ağsu rayonundan verdiyimiz ilk belə hal.Dəfələrlə yerli sakinlərin bu və kimi problemlərini işıqlandırmışıq və hər zaman da işıqlandırmağa hazırıq!