BolgeXeber.Com » Analitika » Kamran Əliyev general Ramiz Zeynalovu nüfuzdan salmaq istəyir?

Kamran Əliyev general Ramiz Zeynalovu nüfuzdan salmaq istəyir?

11-06-2012, 23:55
Oxunub: 7 219 Baş Dövlət Yol Polis Bölməsinin Mətbuat Xidmətinin Rəhbəri Kamran Əliyev fəaliyyətsizliyi ilə təmsil etdiyi qurumu gözdən salır

BDYPB-nin Mətbuat Xidmətinin rəhbəri Kamran Əliyev ilə jurnalistlər arasındakı münasibətlər uzun müddətdir ki, ictimaiyyətin əsas müzakirə mövzularındandır. Ümumiyyətlə, BDYPB-nin Mətbuat Xidməti rəhbərlərinin uğursuz fəaliyyəti, media nümayəndələri ilə təmasdan yayınması və ya informasiyaların verilməsində ayrı seçkiliyə və subyektiv səbəblərə əsaslanması həmin dövlət qurumları ilə bağlı mətbuatda birmənalı olmayan informasiyaların yayılmasına səbəb olur. İndiki Azərbaycan reallığında bu halların baş verməsinə bəlkə də normal yanaşmaq olar. Ancaq Konstitusiyada təsbit olan, həmçinin KİV haqqında qanunda da göstərilib ki, istənilən dövlət qurumları jurnalistlərin sorğularına qısa müddət ərzində cavab verməlidir.

Kamran Əliyevin nəzərinə çatdırırıq ki, kimliyindən asılı olmayaraq, istər mülki vətəndaş olsun, istərsə də rəsmi dövlət qurumunun əməkdaşları, KİV haqqında qanunda göstərilən müddəalara dəqiq və yerində əməl etməlidir. Həmçinin də cənab mətbuat xidmətinin rəhbəri.

Xalqxeber.info fəaliyyəti dövründə istənilən dövlət qurumu və məmurla bağlı yaydığı xəbərlərdə tam şəkildə obyektivliyi qoruyub saxlamağa, qarşı tərəfin də mövqeyini işıqlandırmağa çalışıb. Həmişə hesab etmişik ki, hər hansı bir dövlət məmuru ilə bağlı daxil olan informasiyanın qərəzli olmaq ehtimalı var və bu mənada daimi həmin informasiyaların araşdırılmasına və oxucuya dəqiq nəticənin çatdırılmasına çalışmışıq. Heç şübhəsiz bu istiqamətdə bizə dəstək verməli olan yeganə ünvan da məhz həmin dövlət qurumlarının Mətbuat Xidmətlərinin rəhbərləridir.

Lakin qeyd etdiyimiz Mətbuat Xidmətinin rəhbəri ilə portalımızın və Bolgexeber.com saytının əməkdaşları hələ də işgüzar münasibətlər yaratmağa nail ola bilməyiblər. Bunun səbəbləri ya onları ümumiyyətlə tapa bilməməyimiz, ya da təmsil etdiyi nazirliyin ictimai nüfuzu ilə bağlı suallara belə etinasız yanaşmaları olub.

Kamran Əliyevdən dəfələrlə respublikanın bir çox bölgələrindən yazdıqlarımız tənqilərə münasibət öyrənmək istəmişik, amma mətbuat xidmətinin rəhbərinin yalan-yalnış cavablar informasiyanın obyektiv araşdırmasına maneəçilik törətmişdir. Biz belə başa düşürük ki, Kamran Əliyev bu addımı ilə Ramiz Zeynalovu nüfuzdan salmağa çalışmaqla yanaşı, mətbuat nümayəndələri arasında söz-söhbətlərə yol açır.

Onun bu əməllərinin hansı amala xidmət etdiyi və məqsədinin nə olduğu məlum deyil. XalqXeber.info Xəbər Agentliyi olaraq belə düşünürük ki, Kamran Əliyev bu yazıdan ibrət alaraq, mətbuatla əlaqələrini daha normal qurmağa çalışacaq. Əks halda mətbuatda onun haqqında kəskin tənqidi yazıların sayı da artacaq.