BolgeXeber.Com » Bölgə » Cəlilabadda “Narkomaniyaya Yox Deyək” devizi altında növbəti tədbir keçirildi

Cəlilabadda “Narkomaniyaya Yox Deyək” devizi altında növbəti tədbir keçirildi

5-05-2016, 18:25
Oxunub: 2 976 Cəlilabadda “Narkomaniyaya Yox Deyək” devizi altında növbəti tədbir keçirildiHeydər Əliyev Mərkəzində Cəlilabad Rayon İcra Hakimiyyəti və Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyaya Yox Deyək” devizi altında tədbir keçirildi

Tədbirdə rayon rəhbərliyi,hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, ümumtəhsil məktəblərinin direktorları, yuxarı sinif şagirdləri, tələbə və müəllimlər iştirak edirdilər.Gənc nəsildə narkomanlıq və zərərli vərdişlər haqqında düzgün təsəvvürlərin yaradılması, müasir cəmiyyətdə sağlam düşüncəli gənclərin formalaşdırılması məqsədilə keçirilən tədbir iştirakçılara narkotik vasitələr, onların insan orqanizmində yaratdığı ölümcül xəstəliklər haqqında video-çarx nümayiş olunması ilə başladı. Sonra tədbiri giriş sözü ilə açan Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov narkomaniyanın insanlara, xüsusilə gənc nəslə vurduğu zərərdən ,narkomaniya ilə mübarizə məqsədilə uşaq və yeniyetmələrin məlumatlandırılmasının və əhalinin maarifləndirilməsinin vacibliyindən, sağlam gənclərin yetişdirilməsində kitabxanaların rolundan danışdı. Azərbaycanın son illərdəki çiçəklənən inkişafından və xüsusən də gənclərə göstərilən diqqət və qayğının təzahürlərindən geniş söhbət açan Əziz Əzizov bütün bu cür yaradılan şəraitlərdən istifadə əvəzinə zərərli vərdişlərə doğru yönələn vətəndaşlarımızın olmasından və bu statistikanın günü-gündən artmasından narahatlığını dilə gətirdi. İcra başçısı narkomaniya ilə mübarizə sahəsində görülən işlərdən və keçirilən tədbirlərdən söhbət açaraq bildirdi ki, respublikamızda bu istiqamətdə müvafiq qanunvericilik bazası formalaşdırılmış, əlaqədar beynəlxalq konvensiyalar təsdiq olunmuş, dövlət qurumları tərəfindən lazımi işlər görülmüşdür. Lakin bütün bunlara baxmayaraq, narkomaniya təkcə müəyyən bir qrup insanların deyil, bütün cəmiyyətin, hər birimizin problemidir və onunla mübarizə hamılıqla aparılmalıdır. Bu işdə təkcə dövlət strukturları deyil, cəmiyyətimiz də fəal iştirak etməlidir. Ölkəmizdə gənc nəslə həmişə böyük qayğı ilə yanaşıldığını bildirən Ə.Əzizov Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən dövlət siyasətindən danışıb.Daha sonra rayon İcra hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Dürdanə Əliyeva,rayon polis şöbəsinin rəisi Namiq Camalov,rayon prokuroru Tariyel Ələkbərov,rayon məhkəməsinin sədri Əliəjdər Ələkbərov və başqaları çıxış edərək diqqətə çatdırdılar ki, gənclərə, uşaqlara narkotik vasitələrin zərəri barədə vaxtında düzgün istiqamətin verilməsi, onların məlumatlandırılması mühüm əhəmiyyətə malikdir. Bu işdə KİV-lərin mühüm rola malik olduğu xüsusi vurğulanmışdır.Konfransda xüsusi olaraq qeyd edilib ki, narkomaniya ilə mübarizə, həm də hər bir vətəndaşın mənəvi borcudur. Narkomaniyaya qarşı mübarizədə daha səmərəli nəticələrə nail olmaq, gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalı, bu sahədə milli mənəvi dəyərlərin təbliğinə xüsusi fikir verilməlidir. Bundan başqa,gənclərə asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə mədəniyyət, incəsənət və idmanla məşğul olmaları məsləhət görülmüşdür.
Bolgexeber.com
Cəlilabadda “Narkomaniyaya Yox Deyək” devizi altında növbəti tədbir keçirildi
Cəlilabadda “Narkomaniyaya Yox Deyək” devizi altında növbəti tədbir keçirildi
Cəlilabadda “Narkomaniyaya Yox Deyək” devizi altında növbəti tədbir keçirildi