BolgeXeber.Com » Analitika » “Akkord”un Bakıxanovdakı özbaşınalıqları - ARAŞDIRMA

“Akkord”un Bakıxanovdakı özbaşınalıqları - ARAŞDIRMA

6-05-2016, 09:47
Oxunub: 3 536 “Akkord”un Bakıxanovdakı özbaşınalıqları - ARAŞDIRMA“Akkord” tikinti şirkətinin “Uğur-2” kompleksində özbaşınalıq hökm sürür

Bolgexeber.com bildirir ki, 24saat.org-a müraciət edən kompleks sakinlərinin sözlərinə görə, şirkət rəhbərliyinə edilən müraciətlər nəticə vermir. Paytaxtın Bakıxov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən 8 bina baxımsızlıq, laqeydlik və qanunsuzluğun əsirinə çevrilib.
Hazırda binalarda liftlər bərbad vəziyyətdədir. Sakinlər dəfələrlə xahiş ediblər ki, səliqə-sahmana nəzarət üçün kameralar quraşdırılsın. Ancaq onların tələbləri icra olunmayıb. Liftlərin içərisi müharibə zonasını xatırladır.


Yeni tikilmiş binaların liftlərində düymələr artıq nasazlaşıb, normal işıqlandırma sistemindən isə söhbət belə gedə bilməz. Əksər hallarda 3 liftdən biri və ya ikisi işləyir – yəni texniki baxımsızlıqdan liftlər daim xarab olur. 19 mərtəbəli binaların çoxunda nə balkon qapıları var, nə də binaya giriş qapısı. Yalnız I binanın sakinləri öz vəsaiti hesabına təhlükəsizlik üçün giriş qapısı qoydurub.
Bundan başqa, kompleksin həyətində də işıqlandırma sistemi demək olar ki, yoxdur. Sakinlərin dediyinə görə, əsasən də liftlərin məhv edilməsinə “Uğur-2” kompleksinin komendantları göz yumur. Onlara edilən şikayətlərə də məhəl qoyulmur.
Hər mərtəbədə balkon qapısı olmalıdır ki, komendatlar bu problemi də qulaqardına vurur. Qış aylarında xüsusilə əziyyət çəkən bina sakinləri artıq Heydər Əliyev Fonduna, Baş Prokurorluğa, Sabunçu rayon İcra Hakimiyyətinə, Prezident Administrasiyasına şikayət ərizəsi yazmağa hazırlaşır.
Sakinlərin sözlərinə görə, II binada vəziyyət daha ağırdır. Binanın komendantı Zabil isə nə liftlərə birdəfəlik əncam çəkir, nə də qapı qoydurur. Amma sakinlərdən kommunal ödənişləri yığmaq üçün tez-tez xəbərdarlıq etməyi unutmurlar.


Vətəndaşlar qeyd edirlər ki, ümumilikdə kompleksin girişinə nəzarət aşağı səviyyədədir. Onların sözlərindən məlum olur ki, giriş və çıxışda qoyulan şlaqbaumlar müqəvvanı xatırladır. Halbuki, bina sakinlərinə giriş kartı verilməli və təhlükəsizlik üçün kənar şəxslərin girişi məhdudlaşdırılmalı idi.
“Uğur-2” kompleksindəki özbaşınalığın digər hissəsi avtomobil qarajları ilə əlaqədardır. 162 yerlik qarajlar bir neçə aydır ki, təhvil verilib. Amma bina sakinlərindən avtomobili olanların əksəriyyəti qarajlardan istifadə edə bilmir. Buna səbəb isə oyulan məbləğin fantastik dərəcədə çox olmasıdır.
Belə ki, qarajdan istifadə üçün bina sakinlərindən gündəlik 2 manat tələb olunur. Bu da aylıq 60 manat edir ki, sakinlərin cibinə münasib deyil. Əslində, mənzil sahiblərinə qarajlar ayrılmalı və məbləğ də uzqbaşı günə 50 qəpikdən hesablanmalı idi. Etiraz edən sakinlər hətta sakinlər gündəlik 1 manat ödəmə yə qismən razılıq versələr də, “Akkord” yetkililəri 2 manatlıq qanunsuz tələbdən geri çəkilmir.


Xatırladaq ki, gündəlik 2 manatlıq qaraj pulu nə Bakıdakı MTK-larda, nə şəhərdəki parklarda var. Sakinlərin bu şikayətinə də baxılmayıb və odur ki çox sürücü maşınını kompleksin ya həyətində, ya çıxışında saxlamalı olur. Yeri gəlmişkən, bir müddət qabaq sakinlər toplaşaraq birgə etiraz ediblər.
Onların narazılığına yenə məhəl qoyan olmayıb. 24saat.org-a məlumat verən sakinlərin dediyinə görə, yaxın vaxtlarda aksiya keçirməyi planlaşdırırlar.
“Akkord” rəhbərliyinin biganəliyindən, komendantların özbaşınalığı və laqeydliyindən təngə gələn mənzil sahibləri prezidentə şikayət edəcək.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.