BolgeXeber.Com » Analitika » Yevlaxda tenderdən qalib çıxan şirkətlər sonradan hara qeyb olub? - MÜƏMMA

Yevlaxda tenderdən qalib çıxan şirkətlər sonradan hara qeyb olub? - MÜƏMMA

6-05-2016, 12:26
Oxunub: 4 059 Yevlaxda tenderdən qalib çıxan şirkətlər sonradan hara qeyb olub? - MÜƏMMA2013-cü ilin 30 yanvarında qeydiyyata alınmış "Rəşad-ŞH" şirkəti ilə birlikdə Yevlax RİH-nin birdən-birə 30-dan artıq tender layihəsinə sahib çıxıb

Ölkəmizin iqtisadi potensialının güclənməsi, büdcə imkanlarının xeyli dərəcədə artması paytaxt Bakıdan əlavə regionlarda da quruculuq işlərinin genişləndirilməsinə imkanlar yaradıb. Bu gün Azərbaycan aparılan tikinti-abadlıq işləri miqyasına görə dünyanın bir çox inkişaf etmiş ölkələrini belə ötüb keçib. Bütün bunlar dövlət başçısının apardığı düzgün və düşünülmüş iqtisadi siyasətin gətirdiyi dividendlərdir. Regionların sosial-iqtisadi inkişaf Proqramı çərçivəsində gerçəkləşən inanılmaz layihələr insanların həyat şəraitini yaxşılaşdırmağa hesablanıb. Gundelik-baku.com bildirir ki, Yevlax rayonu da təbii ki, belə inkişafın xoş ovqatını yaşayıb. Məlumata görə, son bir neçə il ərzində Yevlaxda bir sıra mühüm obyektlər tikilib istifadəyə verilib. Bu məqsədlə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan milyonlarla manat xərclənib. Lakin bu vəsaitin necə və hansı dəqiqliklə dövlət maraqlarına xərclənməsi hələ ki, digər sosial məsələlər kimi, bu məsələdə də anlaşılmazlıqlara zəmin yaradır. Bir çox hallarda tikinti aparacaq təşkilatlar icra strukturlarının rəhbərləri tərəfindən "gözaltı" edilir ki, bunun da hansısa maddi marağa söykənmədiyini demək çətindir. Onsuz da həqiqəti uzun müddət güzlətmək mümkün olmur. Oyun qaydaları ədalətli olmayanda isə istər-istəməz xoruzun quyruğu görünür. Kiçicik araşdırmalar apardıqdan sonra Yevlax şəhərində 2013-2014-cü illərdə tender layihələri barədə maraqlı faktlar əldə etmişik. Məlum olub ki, 2012-ci ilin oktyabrında vergi qeydiyyatından keçirilimiş "Rəşad-2003" firması 2013-cü ilin 30 yanvarında qeydiyyata alınmış "Rəşad-ŞH" şirkəti ilə birlikdə Yevlax RİH-nin birdən-birə 30-dan artıq tender layihəsinə sahib çıxıb. Maraqlıdır ki, hər iki şirkət eyni hüquqi ünvanda yerləşir. Böyük ehtimalla söyləmək olar ki, bu iki şirkətin kişi və qadın təmsilçiləri də eyni ailənin üzvləridir. Necə deyərlər "izi azdırmaq naminə bu yola əl atıblar. Lakin 2014-cü ilin tender müsabiqələrində bu şirkərlərin adına rəst gəlinmir. Bə hanı bu şirkətlər? Hansı fəaliyyət növü ilə məşğuldur? Görəsən, milyonlarla manat dövlət vəsaitlərini bu şirkətlərə kim etibar edib? Digər tərəfdən, bəs necə olur ki, ciddi dövlət orqanı on minlərlə manatlıq layihənin bir şəxsin idarə etdiyi iki şirkətə həvalə olunmasını araşdırmağa macal tapmır? Söhbət ilk növbədə "Rəşad-ŞH" və "Rəşad-2003" şirkətlərinin müvafiq sahədə səriştə və peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsi potensialının nəzərə alınıb-alınmamasından gedir. Görünür, icra başçısının adamları 2014-cü ilin tender müsabiqələrində bu məsələyə bir qədər diqqətlə yanaşmağı qərara alıblar. Lakin yenə də necə deyərlər, "cidanı çuvalda gizlətmək" mümkün olmayıb. Məsələn, Yevlax rayonunda icra hakimiyyəti xəttilə ərzaq məhsullarının satın alınması məsələləri 2014-cü ildə əsasən "Elba" MMC vasitəsilə "həllini" tapıb. Bu yolla yerli şəhər, qəsəbə və kənd icra nümayəndəliklərinin hesablarından yüz minlərlə manat dövlət vəsaiti silinib. Ümumilikdə, Yevlax rayonunda təmir-tikinti, təchizat və sair satınalmalarında "NUR 97", "Elşən 87", "Etalon R", "Xəzər 2014" kimi şirkətlərin adı daha çox hallanır. Bu şirkətlərin Yevlaxın icra başçısına "münasib" adamların kurasiyasında olduğu artıq çoxlarına sirr deyil. Yazı ilə bağlı qarşı tərəfi də dinləyə bilərik.