BolgeXeber.Com » Media » Bir qrup jurnalist fəxri ad və mükafatlarla təltif olunub

Bir qrup jurnalist fəxri ad və mükafatlarla təltif olunub

10-11-2010, 18:40
Oxunub: 4 557

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Milli Mətbuat gününün 135 illiyi münasibətilə Azərbaycan prezidentinin təltif etdiyi bir qrup jurnalistə fəxri ad və mükafatların təqdim olunması mərasimi keçirilib.

Tədbirdə Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Prezident yanında KİV-in inkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkilləri, qəzet redaktorları və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov ölkə mətbuatının keçdiyi yola nəzər salaraq deyib ki, ötən müddətdə mətbuatla bağlı bir sıra problemlər də ortaya çıxıb. Bu sıraya hətta jurnalistin qətlə yetirilməsinin də aid olduğunu deyən Əli Həsənov 1991-ci illə müqayisədə, Azərbaycanda mətbuatın böyük inkişafa nail olduğunu vurğulayıb.

Əli Həsənov deyib ki, jurnalistlərə fəxri adların verilməsi və digər məsələlərlə bağlı sərəncamların davamı olacaq. O, bu sərəncamlar verilərkən mövqeyindən asılı olmayaraq, müxtəlif mövqelərdə olan jurnalistlərin nəzərə alınacağını da bildirib. Daha sonra Əli Həsənov mükafatları jurnalistlərə təqdim edib.