BolgeXeber.Com » Xəbərlər » Şamaxıda fəhlələri necə aldadırlar? - Şikayətçilər imdad diləyir

Şamaxıda fəhlələri necə aldadırlar? - Şikayətçilər imdad diləyir

6-05-2016, 18:34
Oxunub: 1 846 Şamaxıda fəhlələri necə aldadırlar? - Şikayətçilər imdad diləyirŞikayət edən fəhlələr icra başçısı Asif Məhərrəmovun köməkçisi ilə əlaqə saxlasalar da, onlara bildiriblər ki, Azərbaycan iqtidarı müharibə şəraitindədir və bu səbəbdən də işçilər əmək haqları verilmir

Şamaxı rayonunda, Şamaxı şəhərinin abadlıq işlərinin həyata keçirilməsi, həmçinin də istirahət mərkəzlərinin təmiri və bərpası ilə bağlı aparılan işlərdə iştirak etmiş tender şirkətləri üçün 2015-ci ilin sonunda icra ilə bağlı olaraq işlər yekunlaşıb. Lakin hələ də Şamaxı şəhərində aparılan abadlıq və təmir işləri ilə bağlı olaraq işləyən fəhlələrin əmək haqları verilmir.

GUNDEMİNFO.AZ-a daxil olan məlumata görə, Şamaxıda yol və piyada keçidlərinin təmirini həyata keçirən fəhlələr keçən ilin sentyabr-oktyabr aylarının əmək haqlarını ala bilməyiblər.

Şikayət edən fəhlələr icra başçısı Asif Məhərrəmovun köməkçisi ilə əlaqə saxlasalar da, onlara bildiriblər ki, Azərbaycan iqtidarı müharibə şəraitindədir və bu səbəbdən də işçilər əmək haqları verilmir.

Şamaxıdan redaksiyamıza verilən informasiyada deyilir ki, rayonun Çuxuryurd qəsəbəsi istiqamətində yol və yol tikintisində işləyən fəhlələrin və iş icraçılarının pulları verilib. Məlumat verən şikayətçilər deyir ki, əslində bu məsələ ilə bağlı olaraq Əmək və Əhalinin Sosisal Müdafiəsi Nazirliyinə də şikayət ebiblər. Bu mövzu ilə bağlı olaraq ətraflı araşdlırmalarımızı təqdim edəcəyik. Qarşı tərəfin hələ ki, mövqeyini öyrənmək mümkün deyil.
Bolgexeber.com