BolgeXeber.Com » Analitika » Rövnəq Abdullayev “qardaşı” üçün lisenziya aldı

Rövnəq Abdullayev “qardaşı” üçün lisenziya aldı

12-06-2012, 17:00
Oxunub: 10 477 ARDNŞ şefi Elmar Qasımova gələcəkdə nazir “kreslosu” alacağına da söz verib

Bir müddət əvvəl Təhsil Nazirliyində korrupsioner məmurlardan biri kimi işdən kənarlaşdırılan Elmar Qasımov yeni yaradılmış Bakı Ali Neft Məktəbində “bazar” açdığı barədə məlumat vermişik. Bundan əlavə məlumatlarda qeyd edilirdi ki, Elmar Qasımovun ARDNŞ-nin balansında olan Ali Neft Məktəbinə rektor təyin edilməsi təsadüfi hal deyil. Uzun müddət Misir Mərdanovun “kreslosu”na göz tikən Elmar Qasımov “qardaş” münasibətləri olan ARDNŞ şefi Rövnəq Abdullayevin köməyindən yararlanmaqdadır.

“AzeriNews.org”-a daxil olan məlumatlara görə, Təhsil naziri Misir Mərdanovun əmrinə əsasən, Bakı Ali Neft Məktəbinə kadr hazırlığı aparmaq üçün icazə (lisenziya) verilməsi adi hal deyil. Bildirilir ki, yaxın vaxtlarda təhsil naziri Misir Mərdanovun işdən çıxarılması gözlənilir. Lakin Misir Mərdanovun nazir postundan kənarlaşdırılmasından əvvəl ondan 100 milyon manatın hesabı sorulacaq. Bu barədə “Yeni Musavat” qəzeti bir müddət əvvəl məlumat vermişdi.
“AzeriNews.org”-a daxil olan məlumatlarda qeyd edilir ki, Misir Mərdanovla soyuq münasibətləri olan Elmar Qasımov “qardaşlığı” Rövnəq Abdullayev vasitəsilə təhsil naziri ilə anlaşa biliblər. Anlaşma ondan ibarət olub ki, Misir Mərdanovun 13 illik fəaliyyəti dövründə büdcə vəsaitlərdən “qənaət” etməklə yığdığı pulların, məktəblərdən yığılan qeyri-rəsmi ödənişlərin, qeyri-rəsmi gəlir mənbələrindən daxilolmaların təxmini milyonlarla ölçülən manatın və nazirin sahibi olduğu sərvətinin əlindən çıxmaması üçün ARDNŞ şefi hakimiyyət düşərgəsinə minnətçi düşüb. Bunun müqabilində isə təhsil naziri Bakı Ali Neft Məktəbinə lisenziya verməli olub. Bundan əlavə məlumatlarda qeyd edilir ki, Rövnəq Abdullayev Elmar Qasımovu təhsil naziri postuna gətirilməsi üçün məsələni yuxarı dairələrdə qaldıra bilib və “qardaş” rektora onun üçün nazir “kreslosunu” da alacağına söz verib.

Qeyd edək ki, artıq bu ildən etibarən ali məktəbə 1-ci ixtisas qrupuna aid olan “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə hər birinə 50 nəfər olmaqla tələbə qəbulu elan edilib. Mütəxəssis hazırlığı beynəlxalq standartların tələblərinə uyğunlaşdırılmış tədris proqramları əsasında Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Ali məktəbdə təhsil 5 illik və ödənişsiz olsa da əslində sözü gedən təhsil ocağında rüşvət yığımının plan lahiyəsi çəkilib.
Araşdırmamız davam edir. Bizi izləyin...