BolgeXeber.Com » Xəbərlər » Cahangir Əsgərov 770 milyonluq yaxta eşqinə düşüb

Cahangir Əsgərov 770 milyonluq yaxta eşqinə düşüb

7-05-2016, 11:46
Oxunub: 3 051 Cahangir Əsgərov 770 milyonluq yaxta eşqinə düşübAZAL prezidentinin bununla bağlı ABŞ şirkətinə sifariş verdiyi deyilir

Son dövrlər məmurlarla bağlı bütün məlumatlar artıq mediada geniş yer almağa başlayıb. Bu məlumatlar fonunda onların heç bir gizli və sirr olacaq bir şeyləri qalmayıb. Ötən günlərdə isə onlardan daha biri ilə bağlı sensasiyalı məlumat yayılıb.

Politika.Az xəbər verir ki, Azərbaycan Hava Yolları ASC-nin (AZAL) prezidenti Cahangir Əsgərov özünün yaxta kolleksiyasına daha birini əlavə edib. Bu dəfə AZAL rəhbərinin almaq istədiyi yaxtanın qiyməti isə təxminən 1 milyard dollara yaxındır. Belə ki, Cahangir Əsgərovun almaq üçün müraciət etdiyi şirkət ABŞ-da fəaliyyət göstərir və «4 yacht» adlanır. Yaxtanın dəyəri isə 770 milyon dollardır.

Politika.Az-a verilən məlumatda qeyd edilir ki, Cahangir Əsgərovun almaq istədiyi yaxtanın dizayneri Kristofer Seymordur. Model isə «Double Century» adlanır. Bu modelə əsasən yaxtanın uzunluğu 200 metr, sudan hündürlüyü isə 27 metrə yaxındır. Bu da onun futbol meydançasından iki dəfə böyük olması deməkdir.

Qeyd edək ki, bu yaxtanın üzərinə vetalyotun enməsi üçün 2 meydança nəzərdə tutulub. 9 goyərtəli yaxtanın icərisində 126 nəfərlik teatr və kino salonu olacaq. Nəhəng gəmidə personalla sərnisinlərin unsiyyət qurması ucun xususi bir telefon da hazırlanır. Bu yaxta ölculərinə gorə Birləsmiş Ərəb Əmirlikləri lideri Seyx Xəlifə bin Zayid Əl Nayana aid olan "Azzam"adl? yaxtadan 21 metr daha uzun olacaq.

Bildirək ki, Cahangir Əsgərov Azərbaycanın ən varlı məmurlarından biri sayılır. Onun inhisarında bir sıra sahələr var. Uzun illərdən bəri büdcəyə bir qara qəpik də ödəməyən Əsgərovun verdiyi rəsmi hesabatlarında isə AZAL-ın zərərlə işlədiyi göstərilir. Belə olan təqdirdə, AZAL şefinin 770 milyon dolları hardandır ki, belə bahalı yaxta almağa çalışır? Hər halda onun aldığı rəsmi əmək haqqısı bu yaxtanı deyil, onun bir detalını əldə etmək üçün kifayət etmir.

İşin ən tərəf isə odur ki, Cahangir Əsgərov bu addımı ən həssas məqamda atıb. Cəbhə xəttində vəziyyət xeyli gərgindir. Azərbaycan Ordusu aprelin əvvəlində keçirdiyi əməliyyatlarda 100-ə yaxın şəhid verib. Eyni zamanda, ermənilər mülki vətəndaşlarımızı artilleriya atəşi altında saxlayaraq, onlara zərər verməkdədir.

Artıq iki mülki vətəndaşımız şəhid olub, ondan artıq yaralımız var.

Bütün bu baş verənlər fonunda Azərbaycan insanı əsgərlərinə dəstək olmaq üçün ona həm maddi, həm də mənəvi dəstək verir. Artıq neçə müddətdir ki, fəhləsindən tutmuş müəlliminə kimi hər kəs əsgərlərimiz üçün qan verir. Eyni zamanda, Silahlı Qüvvələrə Yardım Fonduna hər kəs əlindən gələn qədər pul köçürür. Maraqlıdır, müəllim aldığı cüzi maaşın bir hissəsini Silahlı Qüvvələrimizin hesabına keçirir, amma Cahangir Əsgərov əziyyət çəkib, maaşından bir qəpik də vermək istəmir. Bu azmış kimi, hansısa ABŞ şirkətinə dəyəri 770 milyon dollarlıq yaxta sifariş edir.

Biz bu əmələ hər hansı bir qiymət vermək istəmirik. Yalnız onu deyə bilərik ki, bu heç də xoş olmayan haldır və məsələ kökündən araşdırılmalı və cəza tədbirləri görülməlidir. Digər işlərə isə oxucuların qiymət verməsini daha məqbul hesab edirik.