BolgeXeber.Com » Xəbərlər » Beyləqan: başçı stadionu da pullu edib

Beyləqan: başçı stadionu da pullu edib

7-05-2016, 12:47
Oxunub: 3 675 Beyləqan: başçı stadionu da pullu edibBeyləqan Bələdiyyəsinin sədri Novruz Quliyev biznes qurub

Vizual.az-a verilən məlumata görə, bələdiyyə sədri Beyləqanın mərkəzi stadionuna girişi heç bir əsas göstərmədən pullu edib.
Belə ki, Beyləqanın mərkəzi stadionuna idman etmək üçün gələn rayon sakinlərinin hər biri bələdiyyəyə 3 manatdan aylıq köçürməlidir.
Artıq stadiondan da pul çıxaran bələdiyyə sədrinə bu səlahiyyətin kim verdiyi məlumdur. Məlumata görə, rayonun icra başçısı Vaqif Abdullayevin göstərişi əsasında rayonda gəlir gətirən bütün məntəqələr ticarət obyekti kimi fəaliyyət göstərir.
İcra başçısı gah kanalizasiya xəttinin üstünü satır, gah stadiondan pul çıxarır, gah da rayon ərazisindəki torpaqları peşkəş edərək öz imkanlarını genişləndirir. Ümumiyyətlə, son zamanlar Beyləqandan neqativ xəbərlər gəlməkdədir. Rayon rəhbərliyindən və yerli məmurların əməllərindən çoxsaylı şikayətlər ünvanlanır. N.Quliyevin stadionu pullu etməsi də həmin narazılıqlar arasında yer alıb.
Beyləqan: başçı stadionu da pullu edib