BolgeXeber.Com » Xəbərlər » LƏNKƏRANDA VELOYÜRÜŞ KEÇİRİLDİ

LƏNKƏRANDA VELOYÜRÜŞ KEÇİRİLDİ

7-05-2016, 15:01
Oxunub: 2 664 LƏNKƏRANDA VELOYÜRÜŞ KEÇİRİLDİMayın 7-də Lənkəran Şəhər Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə velosiped yürüşü keçirildi

Yürüşə Lənkəranın Dövlət Bayrağı meydanından start verildi. Velosipedçilər Heydər Əliyev prospekti ilə hərəkət edərək Ümummilli Liderin adını daşıyan Xatirə Parkınadək məsafə qət etdilər.
Veloyürüşdə müxtəlif yaş qruplarını təmsil edən rayonumuzun 100-dək sakini iştirak edirdi.
Sonda veloyürüş iştirakçıları Heydər Əliyev Mərkəzinə gələrək Ulu Öndərin memorial muzeyinə baş çəkdilər. Mərkəzin direktoru Seyidzadə Şəfiyeva onlara Heydər Əliyevin şərəfli ömür yolu haqqında məlumat verdi, veloyürüşçüləri Ümummilli Liderə həsr olunmuş ekspozisiya ilə tanış etdi.
Bolgexeber.com
LƏNKƏRANDA VELOYÜRÜŞ KEÇİRİLDİ
LƏNKƏRANDA VELOYÜRÜŞ KEÇİRİLDİ
LƏNKƏRANDA VELOYÜRÜŞ KEÇİRİLDİ