BolgeXeber.Com » Xəbərlər » Ağcabədidə də "90 min manatlıq tualet" tikilir - FOTO

Ağcabədidə də "90 min manatlıq tualet" tikilir - FOTO

7-05-2016, 18:08
Oxunub: 2 444 Ağcabədidə də "90 min manatlıq tualet" tikilir - FOTOAğcabədi rayon İcra Hakimiyyəti isə məlumatı tkzib edib

24saat.org xəbər verir ki, 11 fevral 2016-cı il tarixində Yaponiya hökümətinin "Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində Ağcabədi rayon İcra Hakimiyyəti başçısı cənab Şahin Məmmədovun iştirakı ilə Ağcabədi şəhər İcra Hakimiyyəti binasında aşağıdakı layihə üzrə İmzalanma Mərasimi keçirilib.

"Ağcabədidə məktəbin gigyenik şəraitinin yaxşılaşdırılması” layihəsi Ağcabədi şəhərinin iki məktəbində qiqiyenik şəraiti yaxşılaşdırmaq məqsədi ilə layihə çərçivəsində yeni sanitar qovşağı quraşdırılacaq.

Quraşdırma işləri bitdikdən sonra, UNİSEF ilə yerli QHT tərəfindən qiqiyena qaydalarını təbliğ etmək məqsədi ilə tələbə və müəllim heyəti üçün qiqiyena mövzüsunda treninqlər keçiriləcək. Layihənin ümumi məbləği 90,300 ABŞ dolları təşkil edir.
Ağcabədidə də "90 min manatlıq tualet" tikilir - FOTO

Ağcabədi rayon İcra Hakimiyyəti isə məlumatı tkzib edib. İcra Hakimiyyətinin yaydığı açıqlamada deyilir: "Bildiririk ki, Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov qeyd edilən layihə üzrə İmzalanma mərasimində iştirak etməmişdir. Odur ki, sizin yazdığınız məlumat tamamilə yalnışdır".

24saat.org saytı isə məlumatı və fotoları Yaponiyanın Azərbaycandakı səfirliyinin rəsmi saytından götürdüyünü qeyd edib. Saytda dərc olunan məlumatda Şahin Məmmədovun imzalanma mərasimində iştirak etdiyi həm yazılı şəkildə əksini tapıb, həm də bu məqama aydınlıq gətirəcək fotoya yer verilib. Bütün bunlar isə məlumatın əsassız və Ağcabədi İH-nın iddia etdiyi kimi "tamamilə yalnış” olmadığını göstərir!

Qeyd edək ki, bir neçə gün öncə Beyləqan rayonunda Yaponiya səfirliyinin və rayon İcra Hakimiyyətinin birgə iştirakı ilə 90 min manatlıq "tualet"in açılış mərasimi keçirilmişdi.