BolgeXeber.Com » Xəbərlər » Milli Məclisin deputatı nümayəndə heyəti ilə birgə Tərtərdə olmuşdur

Milli Məclisin deputatı nümayəndə heyəti ilə birgə Tərtərdə olmuşdur

7-05-2016, 18:18
Oxunub: 3 324 Milli Məclisin deputatı nümayəndə heyəti ilə birgə Tərtərdə olmuşdurMilli Məclisin deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Abdullayeva rayon ictimayyət nümayəndələri və ağsaqqalları ilə birlikdə Tərtər rayonunda olmuşlar

Bolgexeber.com xəbər verir ki,nümayəndə heyətini rayon icra hakimiyyəti və YAP rayon təşkilatının nümayəndələri qarşılamışlar. Onlar əvvəlcə Ulu Öndərin abidəsi önünə gül-çüçək dəstələri qoymuş, Ulu Öndərin xatirəsini yad etmişlər. Sonra nümayəndələr N saylı hərbi hissədə hərbçilərlə görüşmüşlər. Əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqları, əsgər və zabit heyətini salamlamış, sonra Tərtərin düşmən üçün alınmaz qala olmasından, əsgərlərimizin döyüş şücaətindən söhbət açmış, 1-5 aprel tarixlərində Milli Ordumuzun düşmən təxribatlarına layiqli cavab verdiyini bildirmişdir. O, qeyd etmişdir ki, 1-5 aprel tarixlərində məğlubiyyətdən sonra düşmən yaşayış məntəqələrimizi atəşə tutur, evlər dağılır, mülki insanlar yaralanır, həlak olurlar. Ancaq tərtərlilər doğma ocaqlarını tərk etmirlər. Respublika Prezidentinin Tərtərə səfəri, hərbi hissədə əsgərlərlə görüşməsi, Qapanlı kəndində dağılmış evlərə baxması, sakinlərlə görüşü, Prezidentin ehtiyat fondundan rayona dəymiş zərərin aradan qaldırılması üçün vəsait ayırması tərtərlilərin mübarizliyini daha da artırmışdır.
Tərtərlilər onlara göstərilən diqqət və qayğıya görə Ali Baş Komandana öz minnətdarlığını bildirir, xalq və ordunun monolit birliyini nümayiş etdirirlər.
Sonra Milli Məclisin deputatı Sədaqət xanım Abdullayeva çıxış edərək zabit və əsgərləri salamlamış, onları Vətənin müdafiəsində ayıq-sayıq olmağa səsləmiş, ordudakı yüksək əhval-ruhiyyəni alqışlayaraq “Siz vətən uğrunda döyüşlərə ölməyə deyil, öldürməyə gedirsiniz”,- demişdir. Hərbçilər deputatın çıxışını alqışlarla qarşılamışlar.
Sonra Nizami rayon Qarabağ müharibəsi veteranları, əlillər və şəhid ailələri cəmiyyətinin sədri Məhi Mehdiyev, Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev çıxış edərək öz ürək sözlərini bildirmişlər. Nizami rayon uşaq yaradıcılıq mərkəzinin üzvü Zeynalabdin Tağıyev “Ümid sənədir ancaq, Azərbaycan əsgəri” şeirini söyləmişdir.
Tədbir rayon mədəniyyət evinin “Tərtər” özfəaliyyət ansamblının hazırladığı konsert proqramı ilə davam etmişdir. Qonaqlar hərbçilərlə birgə rəqs etmişlər. Tədbirin sonunda xidmətdə fərqlənən bir qrup hərbçiyə hədiyyələr verilmişdir.