BolgeXeber.Com » Xəbərlər » “Tour d’Azerbaidjan-2016” başa çatdı

“Tour d’Azerbaidjan-2016” başa çatdı

8-05-2016, 16:38
Oxunub: 2 707 “Tour d’Azerbaidjan-2016” başa çatdı İştirakçılar Bakı-Abşeron-Bakı marşrutu ilə 158 kilometr məsafə qət ediblər


Beş mərhələdən ibarət “Tour d'Azerbaidjan-2016” beynəlxalq velosiped turu mayın 8-də başa çatıb.

Bolgexeber.com xəbər verir ki, beşinci - sonuncu mərhələdə iştirakçılar Bakı-Abşeron-Bakı marşrutu üzrə158 kilometr məsafə qət etməkdə yarışıblar.

Bu mərhələnin qalibi Almaniyanın “Bora-Argon 18” peşəkar kontinental komandasının üzvü Mixael Şvarcmann olub.

Xatırladaq ki, mayın 4-də Azərbaycan paytaxtının Bayraq meydanından start götürən turda 19 ölkədən 21 komanda iştirak edib. Onlardan 6-sı pro-kontinental, “Synergy Baku” da daxil olmaqla 14-ü kontinental, 1-i isə milli komandadır.