BolgeXeber.Com » İqtisadiyyat » Manatın məzənnəsində dəyişiklik olacaq? - Elman Rüstəmovdan açıqlama

Manatın məzənnəsində dəyişiklik olacaq? - Elman Rüstəmovdan açıqlama

9-05-2016, 13:50
Oxunub: 4 137 Manatın məzənnəsində dəyişiklik olacaq? - Elman Rüstəmovdan açıqlama"Son dövrlər valyuta alışını həyata keçirmişik. Manat yenə də "üzən məzənnə" rejimində öz dayanıqlığını axtarır"

"Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

"Hamını manatla bağlı proqnoz maraqlandırır. Bu, həm daxili, həm də xarici amillərlə bağlıdır. Bugünkü vəziyyət onu deməyə əsas verir ki, ilin sonuna qədər manatın məzənnəsində dəyişiklik gözlənilmir. İqtisadi vəziyyət bunu deməyə əsad verir. Manatın məzənnəsi neft qiymətləri ilə deyil, Azərbaycan Dövlət Neft Fondunun gəlirləri ilə bağlıdır", - deyə, E.Rüstəmov vurğulayıb.

O bildirib ki, ilin əvvəlindən indiyə kimi AMB-nin valyuta ehtiyatları artaraq 4,2 milyard dollara yaxın məbləğə çatıb: "Neftin qiyməti yüksələrsə, təbii ki, strateji valyuta ehtiyatlarımız artacaq".geçirdiyseniz və bir az gülümsəməyə ehtiyacınız varsa bu fotoşəkillər üzərinizdəki qara buludları dağıdacaq.