BolgeXeber.Com » Sosial » “Oğlan övladı arzusu”nun şiddətinə görə Azərbaycan dünyada ikinci yerdədir
“Oğlan övladı arzusu”nun şiddətinə görə Azərbaycan dünyada ikinci yerdədir
10-05-2016, 13:24
Oxunub: 3 357
"Azərbaycan doğulan uşaqların cins nisbətinin pozulmasına görə dünyada ikinci yerdədir"
Bunu BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin müşaviri Fərid Babayev deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda 116 oğlana 100 qız düşür: "Yəni oğlanlar qızlardan 10-11 faiz çoxdur. Azərbaycanda 1975-1980-ci illərə qədər doğulan uşaqların cins nisbəti pozulmayıb. 1998-ci ildən isə cinsi nisbətin pozulma dinamikası artıb".
F.Babayev bildirib ki, cinsi nisbətin pozulmasının qarşısı alınmasa gələcəkdə kişilərin sayı artacaq : "Sonra gender bərabərliyini bərpa etmək çətin olacaq".
F.Babayev deyib ki, cinsi nisbətin pozulmasının qarşısını almaq üçün bütün aiddiyyəti qurumlar problemin həllinə cəlb olunmalıdır: "Bu problemi dövlət strukturları, kütləvi informasiya vasitələri, cəmiyyət birgə həll etməlidir. Çünki qadağalarla məsələni həll etmək qeyri-mümkündür. Məsələyə yanaşmanın dəyişməsi üçün yeganə yol təbliğatdır". (“Report”)
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər