BolgeXeber.Com » Siyasət » Bu gün prezidentlər görüşəcək

Bu gün prezidentlər görüşəcək

16-05-2016, 11:54
Oxunub: 2 992 Bu gün prezidentlər görüşəcəkBu gün Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyan Dağlıq Qarabağ münaqişəsi zonasında 1990-cı illərin ortalarından bu yana ən qanlı döyüşlərin getdiyi aprel hadisələrindən sonra ilk dəfə görüşəcəklər

"Report" xəbər verir ki, prezidentlərin görüşü Avstriyanın paytaxtı Vyanada keçiriləcək.
Danışıqlarda vasitəçi qismində ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - Rusiya, ABŞ və Fransanın xarici siyasət idarələrinin rəhbərləri çıxış edəcəklər.
Bütün tərəflər Vyanaya gələcəklərini təsdiq ediblər.
Rusiya Xarici İşlər Nazirliyi hesab edir ki, İlham Əliyev və Serj Sarqsyanın Sergey Lavrov, Con Kerri və Jan-Mark Eyronun iştirakı ilə aparacağı danışıqlar yaranan vəziyyətdən siyasi çıxış yolunun axtarılması kursunu möhkəmləndirəcək.
Həmçinin diplomatik idarə rəhbərləri prezidentlərlə danışıqlar öncəsi bir sıra ikitərəfli görüşlər keçirməyi planlaşdırırlar. Xüsusilə Larovun Kerri ilə məzmunlu görüş keçirəcəyi gözlənilir.