BolgeXeber.Com » Mədəniyyət » Hacıqabullu gənc rəssamların əsərləri Yunanıstanda incəsənət sərgisində

Hacıqabullu gənc rəssamların əsərləri Yunanıstanda incəsənət sərgisində

16-05-2016, 13:20
Oxunub: 4 387 Hacıqabullu gənc rəssamların əsərləri Yunanıstanda incəsənət sərgisindəYunanıstanın Ksanfi şəhərində 2016-2017-ci illərdə “Musiqi Cığırı” adı altında 7-ci Uşaq incəsənət sərgisi keçiriləcək

Yunanıstanın Uşaq İncəsənət Akademiyası və Muzeyinin təşkilatçılığı ilə keçiriləcək sərginin əsas məqsədi bu müsabiqə vasitəsilə dünya xalqları arasında sevgi, sülh, dostluq və həmrəyliyin təşviqinə təkan vermək, o cümlədən xalqlar arasında körpülərin qurulması, onların unikallığı və adətlərinə hörmətlə yanaşmağın təbliğ edilməsidir.
Bolgexeber.com xəbər verir ki,müsabiqədə iştirak etmək üçün Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin Rəsm kursunun iki üzvü də müsabiqəyə qatılacaq.Artıq iki rəsm Qəhrəmanov Samir Kamil oğlu və İbrəhimov İxtiyar Anar oğlu tərəfindən çəkilib, müsabiqədə iştirak etmək üçün göndərildi.
I rəsm Qəhrəmanov Samir Kamil oğlunun, II rəsm isə İbrahimov İxtiyar Anar oğlunundur.Müsabiqə iştirakçıları 9-cu sinif şagirdləridi.Müsabiqənin şərtlərinin tamamilə yerinə yetirilməsinə xüsusi diqqət olunub.
Hacıqabullu gənc rəssamların əsərləri Yunanıstanda incəsənət sərgisində