BolgeXeber.Com » Siyasət » Vyanada Azərbaycan və Ermənistan prezidentləri arasında görüş başa çatıb

Vyanada Azərbaycan və Ermənistan prezidentləri arasında görüş başa çatıb

17-05-2016, 09:18
Oxunub: 3 347 Vyanada Azərbaycan və Ermənistan prezidentləri arasında görüş başa çatıbDanışıqlarda həmçinin Rusiya və Fransanın xarici işlər nazirləri Sergey Lavrov və Jan-Mark Eyro və ABŞ-ın dövlət katibi Con Kerri iştirak edib

Avstriyanın paytaxtı Vyanada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarqsyan arasında Dağlıq Qarabağ münaqişəsi zonasında 1990-cı illərin ortalarından bu yana ən qanlı döyüşlərin getdiyi aprel hadisələrindən sonra keçirilən ilk görüş başa çatıb

Bolgexeber.com
RİA "Novosti"yə istinadən xəbər verir ki, danışıqlarda ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri, həmçinin Rusiya və Fransanın xarici işlər nazirləri Sergey Lavrov və Jan-Mark Eyro və ABŞ-ın dövlət katibi Con Kerri iştirak edib.