BolgeXeber.Com » Şou-Biznes » Tolikdən Səmraya sərt sözlər: "Azərbaycanlı qızının qucaqlarda gəzməsi..." - FOTO

Tolikdən Səmraya sərt sözlər: "Azərbaycanlı qızının qucaqlarda gəzməsi..." - FOTO

17-05-2016, 10:44
Oxunub: 5 326 Tolikdən Səmraya sərt sözlər: "Azərbaycanlı qızının qucaqlarda gəzməsi..." - FOTOTanınmış prodüsser Tolik (Tarix Əliyev) Səmranı növbəti dəfə tənqid edib

Bolgexeber.com baku.ws-ə istinadən bildirir ki, Tolik Səmranın "Eurovision" təmsilçilərindən birinin qucağındakı fotosunu paylaşaraq tənqid edib:

"Təbriklər, Azərbaycan! Çox uğurlu çıxış idi, çox qürur verdi. Dilarə Kazımovaya gülürdünüz, amma o bizi layiqincə təmsil etmişdi. Heç nə olmaz, əsas odur ki, azərbaycanlı qızının qucaqlarda gəzməsi avropalıların yadında qalsın. Burada bu qıza sabunluq edənlərə deyirəm, sabunluğunuzu saxlayın, gedərsiniz aeroporta qarşılamağa, gedəndə yollar sürüşkən olsun! Mən bircə öldüyüm günü bilmirəm",-deyə Tolik yazıb.

Qeyd edək ki, bundan əvvəl də Tolik Səmranın fotolarını paylaşaraq onun ünvanına sərt sözlər yazmışdı.
Tolikdən Səmraya sərt sözlər: "Azərbaycanlı qızının qucaqlarda gəzməsi..." - FOTO