BolgeXeber.Com » Analitika » Əfv sərəncamında kimlər yaddan çixdi?

Əfv sərəncamında kimlər yaddan çixdi?

23-06-2012, 12:55
Oxunub: 5 499 Əfv, Avropa Şurasının siyasi məhbuslar siyahısında olan kecmiş OMON-çular Kazımov Arifə və Poladov Səfaya şamil olunmadı

Məlum olduğu kimi dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.

Məlumata görə, dövlət başçısı məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıb:

Onu da qeyd edək ki, azadlığa çıxanlar arsında , ABŞ Dövlət Departamentinin Avropa Şurasının ilk siyasi məhbuslar siyahısında olan kecmiş OMON-çular Kazımov Arifə və Poladov Səfaya şamil olunmadı. Baxmayaraq ki, onlar və valideynləri dəfələrlə ölkə başcısına əvflə bağlı müraciətlər ediblər.

Adıcəkilən məhbusların valideynlərinin bildirdiklərinə görə onlar bu dəfəki əvf fərmanında övladlarının azadlığa çıxacaqlarına cox inanırdılar amma bu dəfə də gözümüz yaşlı qaldı. “Görəsən, Arif Kazımov və Səfa Poladovun günahı Rəhim Qazıyev və ya Əlikram Hümbətovdan da çoxdur? Hüquq müdafiəçiləri bununla bağlı deyirlər ki, istər Səfa Poladov, istərsə də Arif Kazımovun törətdiyi cinayət əməli onların ömürlük məhkum olmaları üçün əsas verə bilməz. Bundan başqa, onlar deyirlər ki, hər iki keçmiş OMON-çu yetərli qədər cəzalarını çəkiblər və artıq əfv olunmaq vaxtlarıdır. Üstəlik, Avropa Şurası da Bakıya göndərdiyi siyahısında bu iki şəxsin azad olunmasını hakimiyyətdən rica edib. Lakin indiyə qədər verilən əfv fərmanlarında ən təhlükəli, hətta Azərbaycanı parçalamaq istəyən adamlar belə azadlığa buraxılsa da, sözügedən iki OMON-çu azad edilməyib. Hüquq müdafiəcilərinin sözlərinə görə hər iki şəxs türmə həyatlarını Allah ibadət etməklə kecirirlər və hec bir rəis onlardan narazaı olmayıb.”

Bütün bunları görə, Ariflə Səfanın yaxınları hakimiyyətin bu iki şəxsə olan münasibətini heç cür başa düşmədiklərini deyirlər. Tia.az bildirir ki, dəfələrlə prezidentə onların azad olunması ilə bağlı valideynləri yalvarış xarakterli müraciət ünvanlasalar da, bunun nəticə vermədiyinin səbəblərini hələ də özləri üçün aydınlaşdıra bilmirlər.

Qeyd edək ki, Səfa Poladov və Arif Kazımov Qarabağda gedən döyüşlərdə şücaət göstəriblər. Amma buna baxmayaraq, döyüşdən birbaşa həbsxanaya salınıblar. Onların yaxınları deyir: «Səfa və Arif Qarabağda can qoyublar. Lakin bəlli olmayan bir səbəbdən bu gün həbsdə yatırlar. Dəfələrlə prezident əfv fərmanı verib. Amma hər dəfə bu iki gəncin adı əfvə düşməyib. Təsəvvür edin ki, dövlət çevrilişinə cəhd etmiş Surət Hüseynov, torpaqların ermənilərə satılmasında əli olduğuna görə həbs edilmiş Rəhim Qazıyev və Azərbaycanı parçalamaq istəyən Əlikram Hümbətov azadlığa buraxılıb, amma Səfa ilə Arif hələ də həbsdədirlər. Yəni, onların günahı adlarını çəkdiyimiz vətən xainlərindən dahamı çox cinayət əməli törədiblər ki, azadlığa buraxılmırlar?».”

Məlumat üçün bildirək ki, Avropa Şurasının ilk siyasi məhbuslar siyahısında olan iki OMON-çu hələ də həbsdədir və onların azad olunması ilə bağlı dəfələrlə təşəbbüs irəli sürülsə də, bir nəticə hasil olmayıb. TİA.AZ xəbər verir ki, ömürlük həbs cəzası almış və 16 ildir ki, Qobustan Qapalı Həbsxanasında çəza cəkən Səfa Poladov və Arif Kazımovun prezidentin əfv fərmanlarına düşməməsinin səbəbləri də bəlli deyil.